21 
dek
2022
17:25
52

Tel:+99450 352 82 91
E-mail: [email protected]

İlham Əliyev: “Serbiya ilə ikitərəfli formatda və çoxtərəfli formatda əməkdaşlıq edəcəyik”

21 dek, 2022
17:25
952

Dörd gün bundan əvvəl Azərbaycanın elektrik enerjisinin Avropaya çatdırılması üçün müvafiq saziş imzalanıb. Qara dənizin dibi ilə çəkiləcək kabel Azərbaycanı bu sahədə də Avropa üçün önəmli təchizatçı kimi təsdiqləyəcək”.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Serbiya Prezidenti Aleksandar Vuçiçlə təkbətək görüşdən sonra mətbuata bəyanatında bildirib.
Dövlətimizin başçısı deyib: “Bütün bunlar yeni imkanlar, yeni üfüqlər açır və biz bu sahədə, əlbəttə ki, ikitərəfli formatda və çoxtərəfli formatda əməkdaşlıq edəcəyik”.
Serbiyada səfərdə olarkən müdafiə sənayesi sahəsi ilə bağlı da müvafiq göstərişlər verdiyini diqqətə çatdıran Azərbaycan Prezidenti vurğulayıb ki, bu sahədə də hər iki ölkənin potensialı var və bu potensialın birləşdirilməsi üçün praktiki addımların atılması gözlənilir.

Bizimlə əlaqə saxlayın