21 
dek
2022
17:38
74

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Prezident: “Gələn ildən Azərbaycanın elektrik enerjisinin Serbiyaya ixracı üçün əməli addımlar atılacaq”

21 dek, 2022
17:38
1274

“Energetika sektoru əməkdaşlığımızın bir hissəsidir. Son vaxtlar bu sahə daha böyük əhəmiyyət kəsb edir. Azərbaycanın təbii resursları artıq müxtəlif istiqamətlər üzrə, həmçinin Avropa qitəsinə, o cümlədən Serbiyaya qonşu olan ölkələrə ixrac edilir”.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Serbiya Prezidenti Aleksandar Vuçiçlə təkbətək görüşdən sonra mətbuata bəyanatında deyib.
Dövlətimizin başçısı qeyd edib ki, həm təbii qaz, həm elektrik enerjisi ilə əlaqədar əməkdaşlıq üçün imkanlar var, müvafiq danışıqlar aparılıb. 
“Gələn ildən başlayaraq Azərbaycanın elektrik enerjisinin Serbiyaya ixrac edilməsi üçün əminəm ki, əməli addımlar atılacaqdır”, - deyə Prezident İlham Əliyev bildirib.

Bizimlə əlaqə saxlayın