E-mail: [email protected]
Prezidentin işdən çıxardığı gömrük generallarının DOSYESİ
Prezident İlham Əliyev Dövlət Gömrük Komitəsində iki sədr müavinini vəzifədən çıxarıb. Belə ki, ölkə başçısının imzaladığı müvafiq sərəncamlarla Əsgər Abdullayev və İqbal Babayev Dövlət Gömrük Komitəsi sədrinin müavini vəzifəsindən azad ediliblər.
Əsgər Həsən oğlu Abdullayev 1963-cü il iyul ayının 26-da Naxçıvan MR Babək rayonun Nehrəm kəndindən anadan olub.
1985-ci ildə Kiyev İnşaat Mühəndisləri İnstitutunu bitirib.
1985-1996–cı illərdə Yaşıllaşdırma müəssisəsinin Baş İstehsalat İdarəsində iqtisadçı, mühəndis, böyük mühəndis, şöbə rəisi, trest rəisi vəzifələrində işləyib.
1996-2006-cı illərdə Dövlət Gömrük Komitəsində İdarə rəisi və Baş Gömrük İdarəsinin rəisi vəzifələrində çalışıb.
2006-cı il iyunun 21-dən Dövlət Gömrük Komitəsi sədrinin müavini vəzifəsinə təyin edilib. Gömrük xidməti general-leytenantıdır.
Ailəlidir, 2 övladı var.
Qeyd edək ki, Əsgər Abdullayev gömrük sistemindəki "qara işlərin", korrupsiyanın başında duran şəxslərdən hesab olunurdu. Onun indiyə kimi Komitədə qalması çoxlarını təccübləndirirdi. Ə.Abdullayev gömrükdəki məşhur "Nehrəm qruplaşması"nın üzvü idi.
***
İqbal Alıcan oğlu Babayev 1964-cü ildə Yardımlı rayonunda anadan olub.
1986-cı ildə Kiyev İnşaat Mühəndisləri Universitetinin Avtomatlaşdırma və İnformasiya Texnologiyaları fakültəsini bitirib.
1986-cı ildə Kiyev İnşaat Mühəndisləri Universitetinin Avtomatlaşdırma və İnformasiya Texnologiyaları fakültəsini bitirib.
1990-ci ildə Kiyev İM Milli Universitetində (KİMMU) texnika elmləri namizədi, 2006-cı ildə həmin universitetdə texnika elmləri doktoru (Ukrayna), 2009-cu ildə Azərbaycan Milli Aviasiya Akademiyasında texnika elmləri doktoru (Azərbaycan) elmi dərəcələri alıb.
1986-1991-ci illərdə KİMMU-də elmi işçi, müəllim, 1991-1992-ci illərdə AİMU-nin Hesablama Texnikası və Avtomatlaşdırma kafedrasında dosent, 1992-2000-ci illərdə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında şöbə müdiri, 2000-2008-ci illərdə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində "Seçkilər" İnformasiya Mərkəzinin direktoru işləyib.
2008-2009-cu illərdə Dövlət Gömrük Komitəsinin (DGK) Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarə rəisinin 1-ci müavini, 2009-cu ildən DGK-da Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin rəisi vəzifəsində işləyib.
Kiyev İnşaat və Memarlıq Milli Universitetinin "Fəxri professor"udur və Azərbaycan Respublikasının AAK tərəfindən professor elmi adı verilib.
2018-ci il 6 iyul tarixindən Azərbaycan Prezidentinin sərəncamı ilə Dövlət Gömrük Komitəsinin sədr müavini vəzifəsinə təyin olunub. Gömrük xidməti general-mayorudur.
20-ə yaxın dövlət təltifləri və mükafatlarına layiq görülüb. O cümlədən, 2011-ci ildə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı, 2014-cü ildə “Vətənə xidmətə görə” 3-cü dərəcəli ordeni, 2017-ci ildə “Vətənə xidmətə görə” 2-ci dərəcəli ordeni və Ukraynanın Prezidentinin 22 avqust 2020-ci il tarixli sərəncamı ilə “Əmək və şücayətə görə” medal ilə təltif olunub.
Ukrayna, ingilis və rus dillərini bilir.
Evlidir, iki övladı var.