yan
2023
11:01
56

Tel:+99450 352 82 91
E-mail: [email protected]

İlham Əliyev: “Bu gün xaricdə yaşayan azərbaycanlılar müzəffər Azərbaycan övladları olmaları ilə fəxr edirlər”

1 yan, 2023
11:01
1256

“Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür. Dünyada yaşayan bütün soydaşlarımızı ənənəvi olaraq səmimiyyətlə salamlayır, onlara uğurlar arzulayıram. Onlar bilirlər ki, güclü müstəqil Azərbaycan dövləti var və onların arxasında dayanır”.
AZƏRTAC xəbər verir ki, bu fikri Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində səsləndirib.
Dövlətimizin başçısı vurğulayıb ki, bu gün xaricdə yaşayan azərbaycanlılar müstəqil Azərbaycanın, müzəffər Azərbaycanın övladları olmaları ilə fəxr edirlər.
Bu il Şuşada keçirilmiş Dünya Azərbaycanlılarının Qurultayını tarixi hadisə adlandıran Prezident İlham Əliyev deyib: “Bu qurultayın məhz Şuşada keçirilməsi çox böyük rəmzi məna daşıyırdı. Necə ki, Azərbaycan cəmiyyəti, Azərbaycan vətəndaşları bir yumruq kimi birləşib, əminəm, dünya azərbaycanlıları, onların mütləq əksəriyyəti də eyni yanaşma göstərəcəklər. Hər halda güclü Azərbaycan dövləti onlar üçün böyük dayaqdır”.

Bizimlə əlaqə saxlayın