yan
2023
10:46
47

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Şəmkirdə minik avtomobili elektrik dirəyinə çırpılıb, xəsarət alanları FHN əməkdaşları çıxarıblar

2 yan, 2023
10:46
1247

Şəmkirdə iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 
Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. 
Qeyd olunub ki, “Hyundai” markalı minik avtomobili elektrik dirəyinə çırpılıb, iki nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.
Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.
Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində xəsarət alanlar zədələnmiş avtomobildən çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil veriliblər.

Bizimlə əlaqə saxlayın