yan
2023
12:54
105

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Bu gün Qəhrəman Tərtərin Vətənpərvər icra başçısı Müstəqim Məmmədovun doğum günüdür

3 yan, 2023
12:54
12105

Turkdunyasi.az- xəbər verir ki, Müstəqim Məmmədov Tərtərin icra başçısı təyin olunduğu gündən öz fəaliyyətində Ulu öndər Heydər Əliyevin irsinə, möhtərəm cənab prezident İlham Əliyevin uğurlu siyasətinə sadiq qalaraq ona göstərilən etimadı tam doğrultmuşdur. O, Tərtərdə məmur-vətəndaş münasibətlərinin ən yüksək nümunəsini yaratmağa müvəffəq olub. Bunu mən tam əminliklə deyə bilərəm. 44 günlük vətən müharibəsində Tərtərlilər kimi oda şəhəri tərk etməmiş, şəhərin keşiyini çəkmişdir. Müstəqim Məmmədov həm də şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına qarşı münasibətdə nümunəvi addımları ilə seçilir və həqiqətən də bu addımlar ölkə ictimaiyyəti tərəfindən müsbət və təqdirəlayiq qarşılanır. Rayon rəhbəri gənclərə qarşı münasibətdə də seçilir: İcra hakimiyyətində xeyli sayda gənc işə götürülüb. O, aktiv gənclərə də daim dəstək göstərir. 

Müstəqim Məmmədovun rayon rəhbərliyinə gəldiyi gündən bu günə qədər rayonda bütün sahələrdə inkişaf, yenidənqurma və bərpa işləri aparılmış, yeni infrastruktur layihələr həyata keçirilmişdir. Tərtər 1990-cı illərdən 2020-ci ilə qədər böyük məhrumiyyətlər ilə üzləşmiş, düşmənin qarşısına öz sinəsini vermiş ancaq heç vaxt sınmamışdır. Müstəqim Məmmədov bu şərəfli tarixin bir hissəsi olaraq qəhrəman Tərtərin qəhrəman icra başçısı olmağı bacarmış, vətəndaşların sevgisini, şəhid ailələrinin, qazilərin və müharibə iştirakçılarının etimadını qazanmışdır. Əminəm ki, ölkə rəhbərliyinin diqqət və qayğısı, Müstəqim Məmmədovun rəhbərliyi ilə Tərtər dahada inkişaf edərək müasir dünya şəhərləri sırasına daxil olacaq. Mən dəyərli ziyalı, sayılıb-seçilən və sevilən məmur Müstəqim Məmmədovu doğum günü münasibətilə ürəkdən təbrik edir, uzun ömür can sağlığı və şərəfli işində uğurlar arzulayıram!

Anar Salehoğlu,
İctimai-siyasi fəal

Bizimlə əlaqə saxlayın