yan
2023
10:03
46

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Ağstafada üç bacı dəm qazından zəhərlənib

5 yan, 2023
10:03
1246

Ağstafada üç bacı dəm qazından zəhərlənib.
“Report”un əldə etdiyi məlumata görə, hadisə yanvarın 4-də rayonun Həsənsu kəndində qeydə alınıb.
Belə ki, həmin kənd sakinləri olan bacılar - Məmmədova Nərmin Rasim qızı, Məmmədova Zeynəb Rasim qızı və Məmmədli Fatimə Rasim qızı yaşadıqları evdə dəm qazından zəhərləniblər. Onlara ilkin tibbi yardım göstərilib, vəziyyətləri kafidir.
Daha sonra rayon prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, zəruri şəxslərin izahatları alınıb, həmin şəxslər məhkəmə-tibbi ekspertizadan keçiriliblər.
Faktla bağlı Ağstafa Rayon Prokurorluğunda araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın