yan
2023
14:42
199

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Goranboy Rayon Mərkəzi Xəstəxanasının aqibəti nə vaxt düzələcək?!

5 yan, 2023
14:42
12199

Turkdunyasi.az xəbər verir ki, ictimai fəal Elçin Tağıyev03.01.2023-cü il tarixinda saat 18/05 dən övladlarımın səhhətindəki yaranmış problemlərlə bağlı Goranboy rayon MXS-nın Təcili Tibbi Yardım şöbəsinə gedərək uşaq həkiminin növbədə olduğunu örgəndim. 
Həkim kollektivi səmimi və gülərüzlə bizləri qarşıladılar. Növbədə olan həkimin ad soyadını bilmədim. Övladlarımın səhhətində yaranmış problem barəsində məlumat verdim. Həkim körpələrə baxaraq onlara maye (sistem) vurulmağını bildirərək resept yazdı ki, bunları alın gətrin burda qəbul etdirək. Həkim qeyd etdi ki, hal-hazırda xəstəxanamızda maye və körpələr üçün lazım olan dərman pereparatları yoxdur.
Həkimin yazdığı resepti alaraq aptekdən yazılmış dərmanları aldım.
Mənə maraqlıdır bu gözəl xəstəxananın rəhbəri həkim Rauf Yahyayev bu cür problemlərin aradan qaldırılmasında narahat olmur.
P.S  Olsun ki, bu xəstəxanaya Şəhid, Qazi və imkansız ailənin körpələrini gətirdilər onlaradamı bu cür xidmət göstəriləcək?
Həkimin yazdığı dərman pereparatları cəmi 10.20qəpik civarında oldu. Mən bunu aldım və həkim taparaq övladlarımın sağlamlığı üçün lazımı olan tədbirləri gördüm.
Bəs imkanı olmuyan, ata himayəsindən məhrum olan körpələrin halına kimlər yanacaq?
Əgər TƏBİB tərəfindən rayonlarda fəaliyyət göstərən Mərkəzi Xəstəxanalara dərmanlar və mayelər verilirsə onlar nəkimi hara istifadə olunur.
MARAQLIDIR!
Mövzu diqqətimizdədir.

        Elçin Tağıyev;
İctimai fəal, KANAL21-in baş redaktoru, İctimai şuranın üzvü, KİNİB-nin Goranboy regional təşkilatının sədri.

Bizimlə əlaqə saxlayın