14 
yan
2023
16:27
59

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Politoloq: “Almaniya Fransanın dediyini edən deyil” - FOTO

14 yan, 2023
16:27
959

“Almaniya Fransanın dediyini edən deyil”.
Bunu “Report”a açıqlamasında politoloq Qabil Hüseynli yanvarın 13-də Azərbaycan Prezidenti İlham Əliyevlə Almaniya Prezidenti Valter Ştaynmayer arasında baş tutan müzakirələri şərh edərkən bildirib.
Q. Hüseynli qeyd edib ki, Almaniya Azərbaycanın ərazi bütövlüyünü qəbul edir:
“Düşünürəm ki, dövlət başçıları bir sıra məsələlərlə yanaşı, həm də Laçın yolundakı durumu müzakirə ediblər. Fikrimcə, Almaniya dövlət başçısı mövcud vəziyyətlə bağlı ilkin və etibarlı mənbədən məlumat almaq üçün ölkə liderimizə zəng edib və İlham Əliyev mahir diplomat kimi onu məlumatlandırıb.
Almaniya ermənilərin Laçın yolundan militarist niyyətlər üçün istifadə etdiklərini başa düşür. Nəzərə almaq lazımdır ki, Berlinlə Paris arasında kəskin rəqabət var. Bunu hər zaman görmüşük. Hətta bu rəqabət müharibələrə də gətirib çıxarıb. İki dövlət arasındakı münasibətlər o qədər də hamar deyil. Bu mənada Almaniya Fransanın xoruna qoşulmayacaq”.
Ekspertin sözlərinə görə, tərəflər arasında Azərbaycanın Avropa bazarına enerji resurslarının çıxarılması da müzakirə olunub:



“Almaniya prezidenti Azərbaycanın bölgənin supergücü olması faktını da qəbul edir. Həmçinin Bakının beynəlxalq münasibətlərdə apardığı dinamik rolunu qəbul edir. Hər halda prezidentlər arasında olan telefon danışığı məlumat xarakterli də ola bilərdi. Fransa Prezidenti Emmanuel Makron populist xarakterli sözlərlə nələrisə etməyə çalışır. Amma o, uğursuz siyasətçidir. Makron BMT-nin toplantısında irəli sürdüyü qətnaməni geri çəkdi. Təsadüfi deyil ki, Almaniya heç zaman Fransaya etibar etməyib. Hətta onu hər zaman etibarsız tərəfdaş kimi qiymətləndirib”.
Q.Hüseynli sözügedən telefon zəngini müsbət qiymətləndirdiyini və bunun gələcək məsələlərə əhəmiyyətli təsir edəcəyini vurğulayıb.
Qeyd edək ki, dünən, yanvarın 13-də Almaniya Prezidenti Valter Ştaynmayer azərbaycanlı həmkarı İlham Əliyevə zəng edib. Liderlər Avropa İttifaqı-Azərbaycan-Ermənistan üçtərəfli formatının perspektivini müzakirə ediblər.

Bizimlə əlaqə saxlayın