21 
yan
2023
23:10
73

Tel:+99450 352 82 91
E-mail: [email protected]

"Əbədi Birlik" Gənclər İctimai Birliyi və “Əbədi Birlik” Türk dünyası komitəsinin təşkilatçılığı ilə "Qanlı Yanvar - Rasim Sadıqovun gözü ilə" mövzusunda Zoom platformasında görüş keçirilib.

21 yan, 2023
23:10
1273

Görüşün fəxri qonağı 1990-cı ilin 19-20 qanlı yanvar tarixi günlərinin əsas foto və video çəkilişlərinin müəlliflərindən biri Rasim Sadıqov olub.

Görüş Əbədi Birlik Gənclər İctimai Birliyinin sədri Şahin Əliyevin açılış nitqi ilə başlayıb. Rasim Sadıqov tərəfindən “20 Yanvar faciəsinin törədilməsi” , “20 Yanvar faciəsini işıqlandıran kimlər olub?” , “Qanlı və Şanlı tariximizi göstərən foto-şəkillər”  mövzularına toxunulmuşdur. Rasim Sadıqov öz çıxışında 20 Yanvar faciəsi ilə bağlı çəkdiyi foto-şəkilləri gənclərə nümayiş etdirib, gənclərin 20 Yanvar faciəsindəki rolundan danışıb. Daha sonra Əbədi Birlik Türk Dünyası komitəsinin sədri Ayşə Sevgi Hacaloğlu 20 Yanvar faciəsinin törədildiyi anlarda baş verən dezinformasiyalara toxunub, Azərbaycan gəncliyini şanlı və qanlı tarixini unutmamağa səsləyib.

Gənclərdə maraq doğuran suallar cavablandırılmışdır.

Son olaraq "Əbədi Birlik" Gənclər İctimai Birliyinin sədri Şahin Əliyev və “Əbədi Birlik” Türk Dünyası komitəsinin sədri Ayşə Sevgi Hacaloğlu dəvəti qəbul edib, gəncləri maarifləndirdiyi üçün Rasim Sadıqova təşəkkürünü bildirmişdir.













Bizimlə əlaqə saxlayın