22 
yan
2023
01:07
86

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Təhsilimizin günü-gündən çiçəklənməsi yolunda verdiyi töhfələr üçün Vusala xanıma təşəkkür edirik

22 yan, 2023
01:07
1286

Azərbaycan təhsilinin mühüm inkişaf mərhələləri ümummilli lider Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. Ulu öndərin təhsil sahəsinə diqqət və qayğısı hər zaman əvəzsiz olub. 
O, deyirdi: "Məktəb, maarif, təhsil işi ilə həmişə sıx bağlı olmuşam... Hesab edirəm ki, cəmiyyət haradan olursa-olsun, nədən olursa-olsun, kəsib təhsilə xərcləməli, gənc nəslin təhsilinə, müəllimə kömək etməlidir”. Xalqımızın böyük oğlu həyatının və dövlət idarəçiliyinin bütün mərhələlərində məhz bu mövqedə dayanaraq təhsilə üstün qiymət verib.
Ölkəmizdə təhsilimiz günü-gündən inkişaf edir, çiçəklənir.
Təhsilin inkişafında məktəblərin rolu inkaredilməzdir.  Təhsil ocaqlarımız, təhsil alan gənclərin maariflənməsində, təlim tərbiyəsində əllərindən gələni edirlər. Və təbii ki, bu prosesdə məktəbdə dərs deyən müəllimlərin də rolu əvəzsizdir. 
Bu gün haqqında söz açacağımız şəxs Vusala Tanrıverdiyevadır. Vusala xanım Şəmkir rayonu Əzizbəyov adına tam orta məktəbin ingilis dili müəlliməsidir. Tefl-teacher-beynelxalq müəllimdir. Onuda qeyd etmək istərdim ki, Vusala xanım Şəmkirin tanınmış ziyalısı Nidayət müəllimin qızıdır. 
Vusala xanım işinə olduqca məsuliyyətli yanaşan bir müəllimədir. Məktəb rəhbərliyi və iş kollektivinin dərin hörmətini və rəğbətini qazanmışdır. Gənc nəslin təlim-tərbiyə olunmasında xidməti əvəzsizdir. Azərbaycan təhsilinin inkişafında verdiyi töhfələr hörmətə layiqdir. 
Təhsilimizin inkişafı, onun keyfiyyət göstəricisi sabahkı cəmiyyətimizin əsas təminatıdır. Məhz Vusala xanım kimi müəllimələr sayəsində təhsilimiz günü-gündən çiçəklənir. Vusala xanıma bu çətin, bir o qədərdə şərəfli yolda uğur və müvəffəqiyyətlər arzu edirik. Azərbaycan təhsilinin çiçəklənməsi yolunda əlindən gələni əsirgəmədiyi üçün ona təşəkkür edirik.
 
 
  Kanal1.az Informasiya Xəbər Portalının baş redaktoru
Arzu Orucov

Bizimlə əlaqə saxlayın