25 
yan
2023
20:16
59

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Laçın-Xankəndi yolunda baş verən “Ekoloji terrora YOX deyək!” aksiyası davam edir. Həmin aksiyalarda iştirak edən “Əbədi Birlik” Gənclər İctimai Birliyinin sədri Şahin Əliyev öz Facebook hesabında yazır:

25 yan, 2023
20:16
959

“Bu gün artıq Bakımıza qayıdıram. Mübarək Şuşamızdakı haqlı mübarizədə iştirak etmək mənim üçün qürurverici və fəxr ediləsi bir mərhələ oldu. Biz dinc şəkildə sadəcə öz haqqımızı tələb edirik, dünyadan da bu haqlı davada bizim yanımızda olmasını istəyirik. Vətən şirindir, Vətən üçün lazım gəlsə canımızı, qanımızı da verməyə hazırıq. Gələcəkdə Azərbaycanın vətənpərvər gəncliyinin Vətən uğrundakı mübarizəsini tarix kitablarında gördüyümüzü düşünəndə insan özü ilə daha fəxr edir, daha da mübariz olur. Hələ cənab Prezidentin biz gənclərə təşəkkür mesajını demirəm. O təşəkkür ki, bizdəki vətənpərvərlik hisslərini daha da gücləndirdi, motivasiyamız, enerjimiz ən pik səviyyəyə çatdı. Burada Emin adlı bir qazi qardaşımız bizə: “Sizinlə fəxr edirəm, mən Aprel döyüşlərində, II Qarabağ müharibəsində iştirak etdim. Qələbə qazandıq. Sizdəki əzmi gördüyümdə daha da sevinirəm.” -  dedi. Bu sözləri eşidib necə fəxr etməyəsən axı?! Hal hazırda estafeti ötürdüyümüz, Laçın-Xankəndi yolunda iştirak edən bütün qardaş-bacılarımıza əzm, mübarizlik və dözüm arzu edirəm. Biz bacaracağıq, çox yaxın zamanda mübarək bayrağımızı Xankəndidə dalğalandıracağıq. 

Göz önündən ömür ötər
Bir olandan gülür vətən
De ona, torpağa dəyməsin
Torpağımda xarı bülbüllər bitər

Vətənimin, dövlətimin, xalqımın yanındayam!”

Bizimlə əlaqə saxlayın