27 
yan
2023
13:37
79

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Səfirliyimizə edilən bu xain hücum qəbulolunmazdır!

27 yan, 2023
13:37
979

Turkdunyasi.az xəbər verir ki. Azərbaycanla İran arasında uzun müddətdir ki, ciddi gərginlik var. Bildiyimiz kimi , 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Bu hücum zamanı bir nəfər şəhid olmuş, iki nəfər isə ağlr yaralanmışdır. Hal-hazırda məsələ ilə bağlı araşdırma aparılır. Səfirliyimizə edilən bu xain hücum qəbulolunmazdır! Bu rəsmən dövlətimizə qarşı yönəlmiş provakasiyadır. Ölkəmizə qarşı hazırda davam etməkdə olan qərəzli çıxışlar, xəbərlər və bu son yaşanan hadisə isə artıq son nöqtə oldu. Lakin bir səbəb də mənə təskinlik verir. Bu təskinliyə səbəb isə siyasi liderliyi ilə seçilən cənab prezidentimizdir. Mən səmimi qəlbdən inanıram ki , dövlət başçımız , müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyev bu məsələylə bağlı lazımi , ciddi cavab tədbirləri görülməsi barədə göstəriş verəcəkdir.


 İbrahim İbrahimli
“Bir Təbəssüm” Gənclər Birliyinin Sədri, 
ictimai-siyasi fəal

Bizimlə əlaqə saxlayın