27 
yan
2023
13:44
118

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub.

27 yan, 2023
13:44
7118

Turkdunyasi.az xəbər verir ki. Artıq uzun müddətdir ki Azərbaycan və İran arasında ciddi gərginlik müşahidə olunur. Bu gün, yəni 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Bu mənfur hücum nəticəsində səfirliyin və səfirlik əməkdaşlarının mühafizəsini təmin edərkən baş leytenant Əsgərov Orxan Rizvan oğlu şəhid olmuş, iki nəfər isə ağır yaralanmışdır. Hal-hazırda məsələ ilə bağlı araşdırma aparılır. Səfirliyimizə edilən bu xain hücum qəbul edilməzdir! Bu tam şəkildə dövlətimizə qarşı olan kinin göstəricisidir. Artıq uzun müddətdir ki, İranda Azərbaycan dövlətinə qarşı qərəzli çıxışlar, çirkin addımlar və bu son yaşanan səfirliyə qarşı edilmiş xain hücum artıq son nöqtə oldu. Çox güman ki, mənfur qonşumuz cənublu  qardaşlarımızın azadlıq hərəkatından və bizlərin Cənubi Azərbaycanla bağlı tarixi faktorlara toxunaraq yanaşmamızdan hiddətləniblər. Amma biz bu haqlı yolumuzdan dönməyəcəyik! Mən qəlbimlə inanıram ki , Prezidentimiz , müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyev bu mövzuyla bağlı lazımi , ciddi addımların aparılması barədə göstəriş verəcəkdir.

Allahdan şəhidimizə rəhmət diləyir, şəhidimizin ailəsinə baş sağlığı verirəm!


Şahin Əliyev,
“Əbədi Birlik” Gənclər İctimai Birliyinin təsisçisi və sədri

Bizimlə əlaqə saxlayın