27 
yan
2023
23:02
119

Tel:+99450 352 82 91
E-mail: [email protected]

KompUsta" layihəsi həyata keçirilib.

27 yan, 2023
23:02
12119

Azərbaycan Respublikasının Gənclər Fondunun “İdeyanı Reallaşdır 2022” fərdi qrand müsabiqəsinin qalibi olmuş “KompUsta” layihəsi həyata keçirilib. Layihə çərçivəsində Yevlax gəncləri üçün kompüter və kompüter avadanlıqları ilə işləmə bacarıqları üzrə təlimlər keçirilib. İştirakçılar “Komputer qurğuları və avadanlıqları ilə tanışlıq”, “Komputer hissələri və sistem blokun daxili quruluşu ilə tanışlıq”, “Komputerin daxili hissələri üzərində görülə bilən işlər”, “Şəbəkələr, onların qurulması və istifadə imkanları” və “Komputer və kompüter avadanlıqlarına qulluq” mövzuları üzrə biliklər əldə etməklə onları əyani tətbiqetmə imkanı qazanıblar. Layihə çərçivəsində keçirilən təlimlərin yekununda iştirakçılara sertifikatlar təqdim olunub.

Layihənin məqsədi komputer qurğuları və avadanlıqları, onların iş prinsipi, komputerin daxili quruluğu və hissələri haqqında Yevlax rayonundan olan 16-25 yaş arası gənclərin maarifləndirilməsi, gənclərin komputer sistemləri və avadanlıqları ilə işləmə bacarıqlarının inkişaf etdirilməsi, gənclərin komandada işləmə bacarıqlarının yüksəldilməsindən ibarətdir. Layihə çərçivəsində keçirilən təlimlər iştirakçılara birbaşa, digər gənclərə dolayı yolla təsir etməklə cəmiyyətin fəal üzvləri olan gənclərin əmək bazarında uğurla təmsil olunmalarına fayda verəcəkdir.













Bizimlə əlaqə saxlayın