15 
apr
2022
20:57
192

Tel:+99450 352 82 91
E-mail: [email protected]

15 aprel - Dünya İncəsənət Günü münasibəti ilə İsmayıllı rayonunda tədbir keçirilib/Foto-Video

15 apr, 2022
20:57
11192

15 aprel 2022-ci il tarixdə İsmayıllı Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Dünya İncəsənət Günü münasibəti ilə tədbir keçirilib. Tədbirdə İsmayıllı Regional Mədəniyyət İdarəsinin rəisi Elçin Nəcəfov, RİH-in əməkdaşları və mədəniyyət işçiləri iştirak ediblər. 

Bu əlamətdar gün UNESCO Baş Konfransının Parisdə keçirilən 40-cı sessiyasında (12-27 noyabr 2019-cu il) təsis olunub. 2020-ci ildə birinci dəfə UNESCO bayrağı altında qeyd olunan bu gün incəsənətin inkişafını, yayılmasını və insanlara zövq yaşatmasını təşviq etmək məqsədi daşıyır. 

Tədbirdə ilk öncə açıq havada sərgiyə və əl işlərinə baxış keçirilib. İsmayıllı rayon Mərkəzi Meydanında keçirilən konsert proqramında “Niyal” instrumental ansamblının solistləri, İsmayıllı rayon F.Əzimov adına Uşaq İncəsənət Məktəbinin "Çingiz" ritm və xoreoqrafiya qrupu, kənd filiallarının uşaq kollektivi çıxış ediblər, onların çıxışları izləyicilərdə xoş təəssüratlar yaradıb. [media=15 aprel 2022-ci il tarixdə İsmayıllı Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Dünya İncəsənət Günü münasibəti ilə tədbir keçirilib. Tədbirdə İsmayıllı Regional Mədəniyyət İdarəsinin rəisi Elçin Nəcəfov, RİH-in əməkdaşları və mədəniyyət işçiləri iştirak ediblər. Bu əlamətdar gün UNESCO Baş Konfransının Parisdə keçirilən 40-cı sessiyasında (12-27 noyabr 2019-cu il) təsis olunub. 2020-ci ildə birinci dəfə UNESCO bayrağı altında qeyd olunan bu gün incəsənətin inkişafını, yayılmasını və insanlara zövq yaşatmasını təşviq etmək məqsədi daşıyır. Tədbirdə ilk öncə açıq havada sərgiyə və əl işlərinə baxış keçirilib. İsmayıllı rayon Mərkəzi Meydanında keçirilən konsert proqramında “Niyal” instrumental ansamblının solistləri, İsmayıllı rayon F.Əzimov adına Uşaq İncəsənət Məktəbinin "Çingiz" ritm və xoreoqrafiya qrupu, kənd filiallarının uşaq kollektivi çıxış ediblər, onların çıxışları izləyicilərdə xoş təəssüratlar yaradıb.





Bizimlə əlaqə saxlayın