28 
yan
2023
21:35
76

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Şəkidə davanı sakitləşdirən polis xəsarət aldı

28 yan, 2023
21:35
1276

Şəkidə iki nəfər arasındakı davanı aralamağa çalışan polis əməkdaşı xəsarət alıb.
“Qafqazinfo”nun məlumatına görə, hadisə dünən axşam saatlarında Şəki şəhərində baş verib.
İki dost restoranda yeyib-içdikdən sonra aralarında münaqişə yaranıb və sərxoş vəziyyətdə restorandan çıxaraq küçədə dava etməyə başlayıblar.
Bu zaman yaxınlıqda olan polis əməkdaşı Elvin Əlimərdanov yaxınlaşaraq onları sakitləşdirməyə çalışıb. Dava edənlərdən birinin əlində olan bıçaq E.Əlimərdanova yüngül xəsarət yetirib. Buna baxmayaraq, polis əməkdaşı hər iki şəxsi saxlayaraq şöbəyə aparıb.

Bizimlə əlaqə saxlayın