fev
2023
12:25
66

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Naxçıvanın sabiq prokuroru həbs edilib?

2 fev, 2023
12:25
766

Baş Prokurorluq Naxçıvan Muxtar Respublikasının sabiq prokuroru Səbuhi Şahverdiyevin həbs edilməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Baş Prokurorluğun Mətbuat xidməti Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, bəzi media qurumları tərəfindən Naxçıvan Muxtar Respublikasının sabiq prokuroru Səbuhi Şahverdiyevin guya həbs olunması ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yayılıb:
“Qeyd edilən məlumatlar tərəfimizdən təkzib edilir.
Müvafiq dövlət qurumu ilə dəqiqləşdirilməmiş, eləcə də ictimaiyyətdə çaşqınlıq yaratmağa yönəlmiş məlumatların yayılmasının qanunvericiliklə qadağan olması bir daha media qurumları və sosial şəbəkə istifadəçilərinin nəzərinə çatdırılır”.
Qeyd edək ki, yanvarın 31-də Prezident İlham Əliyev Səbuhi Zəhmət oğlu Şahverdiyevin Naxçıvan Muxtar Respublikasının prokuroru vəzifəsindən azad edilməsi haqqında Sərəncam imzalayıb. 

Bizimlə əlaqə saxlayın