fev
2023
00:57
116

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Keçmişlə yaşayanların gələcəyi olmur!

3 fev, 2023
00:57
12116

ABŞ tarixində 1861-1865-ci illər vətəndaş müharibələri və şimal ştatları ilə, cənub ştatları arasında ziddiyyətlər dövrü kimi xarakterizə olunur. Müharibə cənub ştatlarının ABŞ-dan ayrılaraq Amerika Ştatları Konfederasiyasını yaratması ilə başlamışdı. 1860-cı ildə anti-kölə siyasətini dəstəkləyən Abraham Linkolnun prezident seçilməsi Konfederasiyanın yaranmasında həlledici rol oynayır. Tərəflər arasındakı ziddiyyətlər qul əməyindən istifadə üzərində yaranmışdı. Şimal ştatları texnoloji inkişafı təmin etmək üçün bu sahəyə böyük vəsaitlər yatırdıqları halda cənub ştatları əsas gəlirlərini yeni qulların alınmasına sərf edirdilər. Şimalın 23 ştatı cənubun 11 ştatına qarşı müharibə aparmaq üçün böyük potensiala malik idi. Şimalda 21 milyon, cənubda isə təqribən 9 milyon insan yaşayırdı. Şimal texniki cəhətdən çox irəlidə idi, sənaye müəssisələrinin, dəmir yollarının əsas hissəsi şimal ştatlarında idi. Şimal ştatlarında prezident, mərkəzi idarəetmə aparatı var idi. Cənub ştatlarında isə vahid idarəçiliyi, ordusu və komandanlığı yox idi. Cənub ştatları bu 
müharibədə sadəcə olaraq köləlik institutunu yaşatmaq uğrunda mübarizə aparırdı.

Konfederantların generalı Robert Linin 1865-ci ildə Virciniyada Birləşmiş Ştatların generalı Qrant tərəfindən mühasirəyə alınır. Bu hadisə 
müharibənin taleyini həll edir. Müharibə bitən kimi köləliyin ləğv edilməsi haqqında qanun qəbul edildi. Vətəndaş müharibəsində şimal 
ştatların qarşıya qoyduğu məqsəd reallaşdı. Vətəndaş müharibəsi bitdikdən sonra cənub ştatlarında həyatın yeni prinsiplər üzərində
qurulmasına başlanıldı. Bu dövr tarixi ədəbiyyatda cənub ştatlarının rekonstruksiyası kimi tanınır. Müharibədən əvvəl cənub ştatlarının iqtisadiyyatı pambıq, tütün və şəkər istesalından ibarət idi. Müharibədövründə cənub ştatları şəhərlərinin əksəriyyəti darmadağın edilmişdi, əsas məhsul istehsalı yarıbayarı azalmışdı.

Müharibədən sonra cənub ştatlarının üzləşdiyi ən böyük iki yenilik var idi:

1. Kölələrin azad edilməsi
2. Aqrar sektorun yeni qaydada idarə olunması

1865-ci ildə cənub ştatlarda azad olunmuş kölələrin yaşayışını, təhsilini təmin etmək üçün "Azad Olmuşİnsanların Bürosu" yaradıldı. 1865-1868-ci illərdə büro 200 min köləyə
təhsil verdi, 10 min qaradərili ailə müsadirə olunmuş torpaqlardan pay aldı. Azad olmuş kölələrin, həmçinin ağ dərili insanların torpaq almaq üçün vəsaitləri yox idi. Ona görə də onlar torpaqları icarəyə götürür, işlədir vəəldə edilən gəliri torpaq sahibi ilə bölüşürdülər. Bu, cənub ştatlarında mövcud olan aqrar münasibətləri ciddi şəkildə dəyişdi.

Bu tarixi hadisələr göstərir ki, keçmişlə yaşayan, yeniliklərə açıq olmayan cəmiyyətlərin tənəzzülü labüddür. Dövrünü başa vurmuş quldarlıq quruluşu cənub ştatlarının səylərinə baxmayaraq hələ XIX əsrdə ayaqda qala bilmədi. Müasir dünyada bütün məsələlərə və proseslərə yanaşma tarixi təfəkkürə əsaslanmalıdır. Belə olan halda biz məğlubiyyətdən qurtula, tənəzzüldən yan keçə bilərik. Parlaq gələcəyimizi qurmaq üçün keçmişlə deyil, keçmişi unutmadan, ondan nəticə çıxarmaqla daha inamlı addımlar atmalı, daim inkişaf etməyi düşünməliyik. Müasir dövrün əsas tələblərindən biri də məhz budur! 

Anar Salehoğlu,
İctimai-siyasi fəal

Bizimlə əlaqə saxlayın