fev
2023
10:01
109

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Türk Ağsaqqalları Arasında Əlaqələrin İnkişafı İctimai Birliyi və Əbədi Birlik Gənclər İctimai Birliyi – #TAİB-in mərkəzi ofisində 2 Fevral Gənclər Günü ilə bağlı “Güney Azərbaycan Milli Oyanış Hərəkatında gənclərin rolu və ziyalıların mövqeyi” mövzu

3 fev, 2023
10:01
12109

Tədbirdə təşkilat rəsmiləri, birliyin qadınlar şurası və gənclər təşkilatının üzvləri, Güney Azərbaycan Milli Oyanış Hərəkatının tanınmış simalarından olan, GünAz Tv-nin rəhbəri Əhməd Obalı, Millət vəkili Elman Nəsirov, ictimai xadimlər, ziyalılar, gənclər təşkilatlarının nümayəndələri iştirak ediblər. 
TAİB sədri, akademik Südeif  İmamverdiyev çıxışında əsası ümümmilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin Azərbaycan gənclərinə verilən böyük dəyər olduğunu bildirib. Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi xəttin prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində bu gün Azərbaycan gəncləri dövlət strukturlarında, özəl sektorlarda  uğurla təmsil olunur və mötəbər beynəlxalq tədbirlərdə fəallıq göstərirlər. 
GünAz TV-nin rəhbəri Əhməd Obalı Güney Azərbaycandakı hazırkı vəziyyətlə bağlı  ətraflı məlumat verərək gənclərimizin regionda baş verən siyasi proseslərə biganə qalmadıqlarını, bunun da gələcəkdə uğurlu nəticələrə gətirib çıxaracağını bildirib. Əhməd Obalı vurğulayıb ki, prezident İlham Əliyevin yüksək tribunalardan Azərbaycanın güneyində yaşayan soydaşlarımızın problemlərini qaldırması və bunun həlli yollarını göstərməsi hər bir azərbaycanlıda qürur hissi yaradıb.
Millət vəkili Elman Nəsirov, Türkiyəli professor Abdullah Karaman, Əbədi Birlik GİB-nin sədri Şahin Əliyev, TAİB-in İdarə Heyətinin və gənclər təşkilatının üzvləri müstəqil Azərbaycanımızda həyata keçirilən uğurlu gənclər siyasətindən, faydalı qazıntı yataqlarının erməni separatçıları tərəfindən talan edilməsinə qarşı Xankəndi-Laçın yolunun Şuşadan keçən hissəsində etiraz aksiyası keçirən gənc eko-fəalların əzmkarlığından və eyni zamanda Güney Azərbaycanda formalaşmış tələbə-gənclər hərəkatından danışıblar.
Tədbirin sonunda ictimai fəallığına görə 2 Fevral Gənclər Günü münasibətilə bir qrup fəal gənc təltif edilib.










Bizimlə əlaqə saxlayın