fev
2023
14:46
83

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Təbrik edirlər!

3 fev, 2023
14:46
1283

Bu gün əslən Kəlbəcər rayonundan olan iş adamı, tanınmış xeyriyyəçi, Sovet İttifaqı Qəhrəmanı adına layiq görülən, Birinci Qarabağ Müharibəsində misilsiz qəhrəmanlıqlar göstərərək, doğulub boya-başa çatdığı doğma Kəlbəcər torpaqları uğrunda şəhid olan Islam Əhmədovun oğlu, hal-hazırda Yevlax şəhərində yaşayan Nazim İslam oğlu Əhmədovun 58 yaşı tamam olur. Belə bir özəl və gözəl gün münasibətilə Nazim Əhmədovu ilk öncə ailə üzvləri, əzizləri, bütün yaxın qohum-əqrəbası və s. ürəkdən təbrik edib, ona uzun ömür, möhkəm cansağlığı arzu edirlər. Bu təbrikə Şahin Orucov, Kamal Mirzə, Habil Tağıyev, Famil Cəfərov və digər şəxslər də qoşulur və Nazim Əhmədova bundan sonrakı ömür yollarının daha xoşbəxt, daha firəvan olmasını, övlad və nəvə xoşbəxtliyinin sevincli anlarını yaşamasını, qarşıladığı hər günün ona düşərli olmasını və növbəti doğum günlərini şairlər diyarı hesab olunan Kəlbəcərdə qeyd etməsini arzulayırlar. Doğum günün mübarək! Nazim Əhmədov- 58

Ad günün mübarək ey vətən oğlu,
Xoş arzu-istəklər qismətin olsun!
Ömür yollarında ucalığa doğru,
Atdığı addımların öz nuru olsun!

Kəlbəcər oğlusan, böyük bir şəxssən,
Qoldan qüvvətlisən, qəlbi təmizsən,
Torpağa bağlısan, vətən sevənsən,
Bu günün sevinci mübarək olsun!


Təbrik edirlər!

Bizimlə əlaqə saxlayın