fev
2023
14:59
79

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Şəkidə körpə qəfil öldü - YENİLƏNİB

3 fev, 2023
14:59
1279

Şəki rayonunda körpənin vəfat etməsi barədə açıqlama verilib.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, 2021-ci il təvəllüdlü azyaşlı 03.02.2023-cü il tarixində təcili tibbi yardım avtomobili ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib:
“Hadisə barədə aidiyyəti orqanlara məlumat verilib”.
10:40
Şəki rayonunda körpə vəfat edib. 
Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Baş Göynük kəndində baş verib.
2021-ci il təvəllüdlü Ruhəngiz İsrafilovanın səhhəti qəfil pisləşib.
O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Körpədə anadangəlmə ürək xəstəliyi olduğu bildirilir. 
Faktla bağlı araşdırma aparılır.
İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın