E-mail: [email protected]
Terroru dəstəkləyən siyasi rejimləri faciəli son gözləyir
Tarixə ekskurs edərək XVIII əsrin son rübünə, 1793-1794-cü illər Fransasına nəzər salaq. Həmin illərdə Fransada terroru dəstəkləyən, dövləti terror qanunları ilə idarə etməyə üstünlük verən Yakobinçilər hakimiyyətdə idilər. 1793-cü ildə Milli Məclisin Yakobin
hissəsi daha müasir olan Jirondistləri məğlub edərək bir sıra radikal islahatlara başladılar. Təqvim dəyişdirildi və Xristianlığa qarşı
hücumlara başlanıldı. Yakobinçilər onlara qarşı çıxanları inqilabın düşmənləri adlandıraraq fiziki cəhətdən əhv edirdilər. On aylıq
hakimiyyətləri dövründə Yakobinçilər minlərlə insanı edama göndərdilər. Terrorçu rejimə rəhbərlik edən Robespyerin təsis etdiyi "İctimai Asayişin Qorunması Komitəsi" idi. Bu dövrdə Xristianlığa qarşımübarizə kilsələrin dağıdılması, ruhanilərin ibadətdən uzaqlaşdırılması iləmüşayət olunurdu. Jirondistlər məhv edildikdən sonra azad mətbuatın fəaliyyəti qadağan edildi. Bir çox ictimai xadim, o cümlədən Danton,
məhkəməsiz edam edildi. Məhkəmələr artıq ədalətin bərpa olunduğu yer deyildi. Terrora son qoymaq üçün 1794-cü ilin iyulunda Məclis Robespyer və yaxın həmkarlarının həbsinə qərar verdi. Onlar məhkəməsiz edam edildilər. Beləliklə Fransada Termidor çevrilişi baş verdi və direktoriya dövrünün əsası qoyuldu. Yakobinçilərin dinə qarşı mövqe tutmaları onların ömrünü daha da qısaltdı. Söz, mətbuat azadlıqlarını məhdudlaşdırmaları isə vəziyyəti kəskinləşdirdi. Keçən əsrin ikinci yarısında İranda qurulan fars-molla rejimi isə tarixdən nəticə çıxararaq yakobinçilərin etdikləri səhvi təkrarlamadı. Uzun müddət terroru yaşatmaq üçün dinə qarşı yox, dindən istifadə edərək terrorçu mahiyyətlərini ortaya qoydular. Dini insanların gözündən pərdə asmaq üçün istifadə edən rejim İslama yaraşmayan, insanlıqdan uzaq bütün işlərlə məşğul olur. Bu gün fars-molla rejiminin zəlzələ nəticəsində evsiz qalan, köməyə ehtiyacı olan soydaşlarımıza qarşı münasibəti dediklərimizə bariz nümunədir. Ancaq əmin ola bilərsiniz ki, bu uzun müddət davam etməyəcək. İran fars molla rejimi Fransadakı Yakobin diktaturası və rejimi yaradanlar Robespyer, onun həmkarları kimi tarixin zibilxanasına göndəriləcəklər. Mən inanıram ki, fars-molla rejimi iflas edəcək və İranda daha demokratik, müasir çağırışlara cavab verən siyasi hakimiyyət qurulacaq. Cənublu qardaşlarımızın muxtariyyət arzusu, daha əzmli olsalar müstəqillik arzusu reallaşacaq!
Anar Salehoğlu,
İctimai-siyasi fəal