E-mail: [email protected]
Kədəriniz kədərimizdir! -İbrahim İbrahimli
Bu gün səhər saatlarında qardaş ölkə Türkiyənin bir sıra ərazilərində baş verən zəlzələ zamanı çoxlu sayda
insan tələfatı olmuş, yaralıların sayı isə getdikcə artmaqdadır. Bu kədərli xəbər hər bir kəsi dərin hüznə qərq etmişdir. Sarsılmaz dostluq və qardaşlıq münasibətlərinə malik ölkələrimiz həm xoş günlərdə, həm çətin zamanlarda birlik nümayiş etdirmiş, bir-birinin sevincini və kədərini bölüşmüşdür. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin ilkin olaraq 420 nəfərdən ibarət çevik xilasetmə qüvvələri qardaş ölkəyə yola düşmüşdür. Daha iki yardım təyyarəsinin yola salınması barədə qərar qəbul olunmuşdur. Azərbaycan hər zaman olduğu kimi qardaş Türkiyənin yanındadır! Sizinləyik,Türkiyə!
- İbrahim İbrahimli
“Bir Təbəssüm” Gənclər Birliyinin Həmtəsisçisi, Sədri,
ictimai-siyasi fəal