fev
2023
16:20
77

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Kahramanmaraşda 13 yaşlı qız 55 saat sonra dağıntılar altından əlində tutuquşu ilə sağ çıxarıldı - FOTO

9 fev, 2023
16:20
1277

Türkiyənin Kahramanmaraş şəhərində zəlzələdən 55 saat sonra 13 yaşlı qız dağıntılar altından xilas edilib.
Bu zaman yeniyetmənin əlində tutuquşu olub.
Xilasedicilər dağıntılar altından səs gəldiyini eşidərək axtarış-xilasetmə işlərinə başlayıblar. Təxminən üç saatdan sonra Berat adlı qızcığaza çata biliblər. Onun əlində tutuquşunun olduğunu görüblər.
Berat təcili yardım maşınına mindirildiyi zaman xalasını görüb və tibb işçilərindən dayanmalarını istəyib, əlindəki quşu xalasına verib.
Qızcığazın xalası quşu bağrına basıb, sonra ətrafdan tapdığı çörəklə bəsləyib və şüşə qapağından ona su içirdib.
Berat Sarı isə xəstəxanaya yerləşdirilib.






Bizimlə əlaqə saxlayın