11 
fev
2023
14:11
70

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Gədəbəydə gənclərin “Bütöv Azərbaycan Naminə” Türk Gənclərinin III forumu keçirilib

11 fev, 2023
14:11
1270

9 Fevral 2023-cü il tarixində Əbədi Birlik Gənclər İctimai Birliyi və TAİB-in Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə Gədəbəy  rayonunda Gənclərin İnkişaf və Karyera Mərkəzinin Gədəbəy region nümayəndəliyində “Bütöv Azərbaycan Naminə!” Türk Gənclərinin III Forumu keçilib.

Forum zamanı YAP Gədəbəy rayon Gənclər Təşkilatının sədri Anar Məmmədov, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Gədəbəy nümayəndəliyinin direktoru Kəramət Əsədov və mərkəzin  əməkdaşları, Əbədi Birlik Gənclər İctimai Birliyinin sədri Şahin Əliyev və idarə heyətinin üzvləri, Türk Ağsaqqalları İctimai Birliyinin Gənclər Təşkilatının sədr müavini Elgün Rüstəmli və idarə heyətinin üzvləri iştirak ediblər.
Forum Azərbaycan Respublikasının himni ilə başlayıb, Şəhidlərimizin və Türkiyədə baş verən zəlzələ zamanı həlak olan qardaşlarımızın ruhu bir dəqiqəlik sükutla yad edilib.

Gənclər çıxışlarında Azərbaycana və türk dünyasına düşmən mövqedə olan Fransa və İrana qarşı sərt çıxışlar ediblər. İrandakı səfirliyimizə olan hücumu pisləyərək, Bütöv Azərbaycan naminə hər şeyə hazır olduqlarını vurğulayıblar.

Qeyd olunub ki, bu gün qardaş Türkiyədə baş verən fəlakəti ironiyaya, karikaturaya çevirən Fransa və bu şaxtada, fəlakət zamanında Türkiyəyə gedən qazı kəsən İran heç bir humanizmdən danışa bilməz!

Forum ərəfəsində hər iki təşkilatın nümayəndələri regionda olmaqlarına baxmayaraq, qardaş Türkiyəyə gedən yardım aksiyasına da qoşulublar.

Qeyd edək ki, gənclərin I forumu Tovuz, II forumu isə Qazax rayonlarında keçirilib. Regionun fəal gənclərinə sertifikatlar təqdim olunub.












Bizimlə əlaqə saxlayın