11 
fev
2023
14:14
69

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Biləsuvar Rayon Nəqliyyat Departamentinin Yarıtmaz Fəaliyyəti.

11 fev, 2023
14:14
1269

Biləsuvar rayonunda avtobus sürücülərinin problemləri bitib tükənmək bilmir. Kanalımıza daha bir sürücü müraciət edərək bildirir ki, rayonda nəqliyyat departamenti onlara qarşı ayrı seçkilik nümayiş etdirir.

 Belə ki, adı çəkilən qurum  sürücülərin ailələrinə çörək pulu qazanmağına mane yaradır. Bu hal isə sürücülərin  haqlı narazılığına səbəb olur.
Bəs maraqlıdır görəsən Biləsuvar rayon Nəqliyyat Departamentində bəzi sürücülərə qarşı bu qədər kin, nifrət haradan qaynaqlanır? Nəyə görə departament sürücülər arasında ayrı seçkilik yaradır? Bəs görəsən sürücüləri dövlətdən incik salmaqda məqsəd nədir?

Məntiqlə belə nəticə hasil olur ki, Biləsuvar rayonunda departament öz dost tanışının işləməsinə çalışır. Əgər belə olmasaydı sürüçülərdə departamentin fəaliyyətindən narazi olmazdılar.

Ümid edirik ki, təqdim etdiyimiz faktlara aidiyyəti qurumlar biganə qalmayacaq və Biləsuvar rayon Nəqliyyat Departamentinin yarıtmaz fəaliyyətinə son qoyacaq.
Qarşı tərəfində mövqeyini işıqlandırmağa hazırıq.




Bizimlə əlaqə saxlayın