E-mail: [email protected]
AFAD rəsmisi: “Türkiyədəki zəlzələ 500 atom bombasının təsirinə və enerjisinə malik olub”
“7,7 bal gücündəki zəlzələlər 500 atom bombasının təsirinə və enerjisinə malik olub”.
Bu barədə AFAD-ın zəlzələ və risklərin azaldılması üzrə baş direktoru Orhan Tatar Türkiyədə baş verən və bir çox ölkələrdə hiss olunan təbii fəlakətlə bağlı açıqlamasında deyib.
Onun sözlərinə görə 7,7 bal gücündə birinci zəlzələnin müddəti 65, ikinci zəlzələnin müddəti 45 saniyə olub:
“İki zəlzələ ilə bölgədə 2 dəqiqəyə yaxın ciddi silkələnmə baş verib. Bundan sonra ölkənin cənub-şərqində 2000-dən artıq afterşok baş verib və hələ də davam edir”.
Ekspert bununla belə ərazidə lava axını, vulkanik kül, neft və ya qaz sızıntısının olmadığını vurğulayıb.
Ekspert yeraltı təkanlardan sonra vulkanik hərəkətliliklə bağlı yayılan iddialara da cavab verib. Onun sözlərinə görə, bu, zəlzələ ilə yaranan və bundan sonra çox tez-tez müşahidə edilən kütlə hərəkətindən başqa bir şey deyil.
“Anadolu” Agentliyi