E-mail: [email protected]
Vətən Müharibəsinin İştirakçısının Atası Departamentin fəaliyyətindən Prezidentə Şikayət Etdi.Video/Fakt
Biləsuvar rayonunda avtobus sürücülərinin problemləri bitib tükənmək bilmir. Kanalımıza bu dəfə isə 44 günlük vətən müharibəsi iştirakçısı Səfərli Tacəddin atası müraciət edərək bildirir ki, rayonda nəqliyyat departamenti onlara qarşı ayrı seçkilik nümayiş etdirir. Belə ki, adı çəkilən qurum sürücülərin ailələrinə çörək pulu qazanmağına mane yaradır. Bu hal isə sürücülərin haqlı narazılığına səbəb olur. Bəs maraqlı görəsən Biləsuvar rayon Nəqliyyat Departamentində bəzi sürücülərə qarşı bu qədər kin nifrət haradan qaynaqlanır? Niyə görə departament sürücülər arasında ayrı seçkilik yaradır? Bəs görəsən sürücüləri dövlətdən incik salmaqda məqsəd nədir? Məntiqlə belə nəticə hasil olur ki, rayonunda departament öz dost tanışının işləməsinə çalışır. Əgər belə olmasaydı sürüçülərdə departamentin fəaliyyətindən narazi olmazdılar. Ümid edirik ki, təqdim etdiyimiz faktlara aidiyyəti qurumlar biganə qalmayacaq və Biləsuvar rayon Nəqliyyat Departamentinin yarıtmaz fəaliyyətinə son qoyacaq. Qarşı tərəfində mövqeyini işıqlandırmağa hazırıq.