14 
fev
2023
08:44
54

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Yevlaxda ata və oğulu bıçaqlamaqda şübhəli bilinən şəxslər saxlanılıb - YENİLƏNİB

14 fev, 2023
08:44
1254

Yevlaxda bir nəfəri öldürüb digərini yaralamaqda şübhəli bilinən şəxslər saxlanılıb.
Bu barədə Oxu.Az-a DİN-in mətbuat xidmətindən bildirilib.
Qeyd edilib ki, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlində şübhəli bilinən rayon sakinləri - 1985-ci il təvəllüdlü Afət Abdullayev və onun oğlu - 2004-cü il təvəllüdlü Təbriz Abdullayev saxlanılaraq istintaqa təhvil verilib.
22:31
Yevlaxda ata və oğlu bıçaqlanıb.
Fevralın 13-ü Yevlax rayon sakini Amin Əsədovun ölməsinə dair rayon prokurorluğunda araşdırma aparılıb.
Araşdırma zamanı zərərçəkmiş şəxsin atası 1984-cü il təvəllüdlü Ramil Əsədovun da bıçaq xəsarətləri ilə xəstəxanaya daxil olması müəyyən edilib.
Faktla bağlı Yevlax rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd etmə) maddələri ilə cinayət işi başlanıb.
Hadisəni törədən şəxs(lər)in müəyyən olunması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.
21:24
Fevralın 13-ü saat 20:30 radələrində Yevlax rayon sakini, 2003-cü il təvəllüdlü Amin Əsədovun çoxsaylı bıçaq xəsarətləri ilə gətirildiyi rayon mərkəzi xəstəxanasında ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə Oxu.Az-a Baş Prokurorluqdan məlumat verilib.
Hadisəni törədən şəxs(lər)in müəyyən olunması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Faktla bağlı Yevlax rayon prokurorluğunda araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın