14 
fev
2023
08:52
43

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Tovuzda iki avtomobil toqquşub, dörd nəfər xəsarət alıb

14 fev, 2023
08:52
1243

Tovuz rayonunda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
“Report”un Qərb bürosunun məlumatına görə, hadisə Tovuz şəhər ərazisində qeydə alınıb.
İki avtomobilin toqquşması nəticəsində 2005-ci il təvəllüdlü Nicad İsmayılov, 2005-ci il təvəllüdlü Samir Tanrıverdiyev, 1988-ci il təvəllüdlü Samir Əliyev və 1988-ci il təvəllüdlü Nəbi Əhmədov müxtəlif bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdiriliblər.
Onların vəziyyəti kafi və normal qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın