14 
fev
2023
15:23
54

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Prezident İlham Əliyev İqor Xovayevi qəbul edib - YENİLƏNİB

14 fev, 2023
15:23
1254

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 14-də Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin (XİN) Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayevi qəbul edib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı, ilk növbədə, Rusiya ilə Azərbaycan arasında ikitərəfli əlaqələrə toxunaraq, əməkdaşlığımızın müxtəlif sahələrdə uğurla inkişaf etdiyini məmnunluqla vurğulayıb. Yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətini qeyd edən Prezident İlham Əliyev, həmçinin iki ölkənin qanunverici orqanları səviyyəsində qarşılıqlı səfərlərin və əməkdaşlığın əhəmiyyətinə toxunub.
Görüşdə Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması, sülh müqaviləsinin hazırlanması üzrə danışıqlar prosesi barədə fikir mübadiləsi aparılıb.
İqor Xovayev regiona səfəri və Rusiyanın Ermənistan ilə Azərbaycan arasında sülh müqaviləsinin hazırlanması üzrə danışıqlar prosesinə dəstək vermək üçün atdığı addımlar barədə məlumat verib.
12:41
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 14-də Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayevi qəbul edib.
Bu barədə AZƏRTAC məlumat verib.

Bizimlə əlaqə saxlayın