16 
fev
2023
13:40
65

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Bakıda mənzildən pul oğurlayan şəxs tutulub

16 fev, 2023
13:40
1265

Paytaxtın Xətai rayonu ərazisindəki mənzillərin birindən qeyri-aşkar şəraitdə oğurluq edilib.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, Xətai Rayon Polis İdarəsi əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılıb, müxtəlif üsul və vasitələrlə mənzilə qanunsuz daxil olmaqla oradan 6 500 ABŞ dolları və 50 000 rus rublunun oğurlanması məlum olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Elvin Rüstəmov tutularaq istintaqa cəlb olunub.
Xətai Rayon Polis İdarəsində faktla bağlı Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Bizimlə əlaqə saxlayın