16 
fev
2023
14:26
77

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Türkiyədə zəlzələdə həlak olan Şahin Vəliyev Gəncədə dəfn edildi - YENİLƏNİB + FOTO

16 fev, 2023
14:26
1277

Türkiyənin Malatya şəhərində fevralın 6-da baş vermiş zəlzələnin təsirindən uçub-dağılan binanın altında qalan tələbə Şahin Vəliyev dəfn olunub.
Oxu.Az-ın məlumatına görə, vida mərasimindən sonra tələbə şəhər qəbiristanlığında dəfn olunub.
Dəfn mərasimində Şahin Vəliyevin yaxınları, ictimaiyyət nümayəndələri, dostları, qəsəbə sakinləri iştirak ediblər.

11:08
Türkiyənin Malatya şəhərində fevralın 6-da baş vermiş zəlzələnin təsirindən uçub-dağılan binanın altında qalan tələbə Şahin Vəliyevlə vida mərasimi keçirilir.
Oxu.Az-ın məlumatına görə, vida mərasimindən sonra tələbə torpağa tapşırılacaq.
09:16
Türkiyənin Malatya şəhərində fevralın 6-da baş vermiş zəlzələnin təsirindən uçub-dağılan binanın altında qalan azərbaycanlı tələbələrdən biri - Şahin Vəliyevin cənazəsi Gəncə şəhərində aparılıb.
Oxu.Az-ın məlumatına görə, Cavad Xan qəsəbəsində Şahin Vəliyevin yaşadığı evdə vida mərasimi keçiriləcək.
Tələbə bu gün torpağa tapşırılacaq.
Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşok qeydə alınıb. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və minlərlə itkiyə səbəb olub.
İki zəlzələ nəticəsində 35 418 nəfər ölüb, 105 505 nəfər yaralanıb, hazırda 13 208 yaralının müalicəsi xəstəxanalarda davam etdirir.
Malatya şəhərindəki İnönü Universitetinin tələbələri - Samir Quliyev, Şahin Vəliyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadənin meyitləri uzunmüddətli axtarışdan sonra fevralın 14-də tapılıb.

Bizimlə əlaqə saxlayın