18 
fev
2023
03:10
54

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Tacikistanda qar uçqunu qurbanlarının sayı artdı

18 fev, 2023
03:10
1254

Xilasedicilər Tacikistanda qar uçqunu nəticəsində daha bir qurbanın cəsədini tapıblar. Bununla da, fəlakət nəticəsində ölənlərin ümumi sayı 18-ə çatıb.
Bu barədə cümə günü Tacikistan hökuməti yanında Fövqəladə Hallar və Mülki Müdafiə Komitəsinin mətbuat mərkəzindən məlumat verilib.
Bildirilib ki, Respublikanın Xoroq şəhərində (Dağlıq Bədəxşan Muxtar Vilayəti) qarın altından tapılan cəsəd yerli universitetin iki tələbəsindən biridir.
Mətbuat mərkəzindən əlavə ediblər ki, ikinci qızın axtarışları davam edir.
Ölkənin xilasetmə idarəsi isə vətəndaşları yaxın üç gün ərzində, fevralın 19-dək yeni uçqunun ola biləcəyi barədə xəbərdar edib. Xilasedicilər əhalini bu günlərdə dağlarda gəzintidən, ovdan, balıq tutmaqdan və mal-qara otarmaqdan imtina etməyə çağırıblar.
Qeyd edək ki, çərşənbə günü Tacikistanın Dağlıq Bədəxşan vilayətində və Varzob rayonunda bir neçə qar uçqunu baş verib.
Mənbə: TASS

Bizimlə əlaqə saxlayın