18 
fev
2023
03:42
58

Tel:+99450 352 82 91
E-mail: [email protected]

A Seriyası: “Napoli” cari mövsümdə çempionatda 20-ci qələbəsini qazandı - VİDEO

18 fev, 2023
03:42
1258

İtaliya A Seriyasında 23-cü turun açılış matçında lider “Napoli” səfərdə “Sassuolo”nun qonağı olub.
Qarşılaşmaya fəal başlayan qonaqlar 12-ci dəqiqədə K.Kvaratsxeliyanın qolu ilə hesabda önə keçiblər. Qarşılaşmanın 33-cü dəqiqəsində V.Osimen hesab arasında fərqi artırıb.
İkinci hissədə qapılara qol vurulmayıb.
Beləliklə, “Napoli” yerli çempionatdakı cari mövsümdə keçirdiyi 23 oyunda 20-ci qələbəsini qazanıb və liderliyini bir qədər də möhkəmləndirib. Komanda hazırda ən yaxın izləyicisi olan “İnter”i 18 xal qabaqlayır.

Bizimlə əlaqə saxlayın