18 
fev
2023
04:20
71

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Brüsseldə “Xocalı: Yaralı ruhlar” fotosərgisi keçirilib - FOTO

18 fev, 2023
04:20
1271

Brüsseldə Reza Deqatinin “Xocalı: Yaralı ruhlar” fotosərgisi keçirilib.
“Report”un yerli bürosu bildirir ki, müasir tariximizin yaralı səhifələrindən biri olan Xocalının dinc əhalisinə qarşı törədilmiş amansız soyqırımı haqqında həqiqətləri beynəlxalq ictimaiyyətə çatdırmaq məqsədilə Azərbaycanın Belçika Krallığındakı Səfirliyi tərəfindən Brüsseldə dünya şöhrətli fotojurnalist Reza Deqatinin “Xocalı: Yaralı ruhlar” fotosərgisi baş tutub.
Tədbirdə əvvəlcə Türkiyə, Suriya və İranın Xoy şəhərində baş vermiş dağıdıcı zəlzələlər nəticəsində həyatını itirmiş insanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Səfir Vaqif Sadıqov 1992-ci ilin 26 fevral tarixində 613 mülki şəxsin dəhşətli qətliamı, 8 ailənin tamamilə məhvi, 1 300 nəfərin əsirliyə götürülməsi, yüzlərlə azyaşlının valideynsiz qalması ilə nəticələnən və bütövlüklə insanlığa qarşı cinayət olan Xocalı soyqırımı haqqında tədbirin iştirakçılarına məlumat verib.
V.Sadıqov Azərbaycan xalqının çəkdiyi əziyyətli günlərin canlı şahidi, həqiqətləri öz kamerasına qeyd edən və dünyaya yayan Reza Deqatiyə təşəkkürünü bildirib.
Reza Deqati isə öz növbəsində ölümə, binaların, tarixi abidələrin, infrastrukturun dağılmasına səbəb olan müharibələrin, təbii fəlakətlərin, böhranların daha çox sağ qalan insanların ruhuna və yaddaşına sağalmaz yaralar açdığını dərk etməyin vacibliyini vurğulayıb.
Tədbir çərçivəsində ölməz bəstəkar Fikrət Əmirovun nəvəsi, istedadlı pianoçu Nəzrin Əfəndiyevanın Belçikada yaratdığı “Trio Manestri” üçlüyünün ifasında Xocalı faciəsinin qurbanlarının əziz xatirəsinə həsr olunmuş konsert proqramı da keçirilib.






Bizimlə əlaqə saxlayın