17 
fev
2023
04:22
59

Tel:+99450 352 82 91
E-mail: [email protected]

İsmayıllıda buzlu yol yeddi avtomobilin toqquşmasına səbəb oldu: Yaralılar var

17 fev, 2023
04:22
1259

İsmayıllı rayonunun Basqal qəsəbəsində xəsarətlə nəticələnən zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
“Report” xəbər verir ki, axşam saatlarında yolun buz bağlaması səbəbindən 7 minik avtomobili - “Mercedes”, “Opel”, “Qazel”, “Ford”, “Toyota Prius”, “Hyundai SantaFe” və VAZ-2107 markalı minik avtomobilləri bir-birinə çırpılıb, bəzi nəqliyyat vasitələri zərbənin təsirindən yoldan çıxaraq aşıb.
Hadisə zamanı 1968-ci il təvəllüdlü Şükürov Zabil Müqabil oğlu, 1988-ci il təvəllüdlü İsrafilov Mövlud Qiyas oğlu xəsarət alıblar.
Yaralılar təcili tibbi yardım avtomobili ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın