18 
fev
2023
12:05
72

Tel:+99450 352 82 91
E-mail: [email protected]

FHN: Ötən sutka altı nəfər xilas edilib

18 fev, 2023
12:05
1272

Ötən sutka ölkə ərazisində 62 yanğına çıxış, 4 halda köməksiz vəziyyətdə qalma və 1 avtomobil qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ölkə ərazisində 1-i azyaşlı olmaqla 6 nəfər xilas edilib, qəza nəticəsində 3 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Bizimlə əlaqə saxlayın