21 
fev
2023
00:41
120

Tel:+99450 352 82 91
E-mail: [email protected]

44 günlük müharibənin hər bir günü Qələbə , Zəfər günüdür

21 fev, 2023
00:41
9120

20 Fevral 2023-cü il tarixdə Qəbələ rayon  Mədəniyyət mərkəzində Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Əbədi Birlik Gənclər İctimai Birliyinin, GİKM Qəbələ nümayəndəliyinin, intellektual İnkişaf Naminə İctimai Birliyin, Qəbələ Mədəniyyət mərkəzinin tərəfdaşlığı ilə  həyata keçirilən “ 44 Gündə Qızıl Tarix Yazanlar” layihəsinin yekun bağlanış tədbiri keçirildi. Tədbirdə şəhid ailələri, qazilər Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin müəllim tələbə heyəti, gənclər,rayon idarə heyətinin nümayəndələri iştirak etdi. Tədbirə başlamazdan əvvəl  dövlət Himnimiz səsləndirilmişdir.  Daha sonra Ümummilli liderimiz Heydər Əliyevin və torpaqlarımızın azadlığı, suverenliyi uğrunda şəhid olmuş vətən övladlarının əziz xatirəsi  1 dəqiqəlik sükutla yad edilmişdir. Layihə rəhbəri Xəyal Məmmədəliyev çıxışında bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusu 44 gün davam edən Vətən Müharibəsində yüksək döyüş bacarığını nümayiş etdirərək bütün dünyaya öz gücünü, qüdrətini göstərdi. Ermənistan və havadarları tərəfindən işğal olunmuş torpaqlarımız əsgər və zabitlərimizin qanı, canı bahasına azad edildi. Bu Qələbə ölkə rəhbəri tərəfindən həyata keçirilən “Güclü ordu – güclü dövlət” strategiyasının parlaq nəticəsidir.

Əbədi Birlik GİB-nin sədri Şahin Əliyev isə bildirib ki, bu layihənin məqsədi şəhid ailələrinə, qazilərə, müharibə iştirakçılarına mənəvi dəstək vermək, Vətən müharibəsində adını qızıl hərflərlə tarixə yazan hər bir gənci unutdurmamağa çalışmaqdır.
3 Fevral 2023-cü il tarixdə Qəbələ rayonunda başlanan layihə çərçivəsində şəhid ailələri və şəhidlərimizin məzarları ziyarət olunmuş, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində , Şirvan Bulqədirov adına Qəbələ rayon 5 saylı tam orta məktəbdə, Qəbələ rayon Nic qəsəbəsi 3 saylı tam orta məktəbdə  parlaq Vətən müharibəsi  zəfərindən sonra  yeniyetmə və gənc nəslin milli köklərimizə   bağlılıq , vətənpərvərlik,dövlətçiliyə , sədaqət ruhunda tərbiyə olunması məqsədilə Polkovnik-leytenant Zavir Zərbəliyev və Psixoloq Tahirə Əsgərovanın təlimlər keçirilmişdir.
Belə bir layihənin həyata keçirilməsi üçün xüsusi dəstək göstərən Azərbaycan Respublikasının Prezident Administrasiyası, Azərbaycan Respublikasının Gənclər Fonduna, Elm və Təhsil Nazirliyinə, Qəbələ rayon İcra Hakimiyyətinə , Yeni Azərbaycan Partiyasının Qəbələ rayon Təşkilatına, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinə,  minnətdarlığımızı bildiririk. Layihənin davamlılığı bundan sonrada bütün Respublikamızı əhatə edəcəkdir.











Bizimlə əlaqə saxlayın