E-mail: [email protected]
Yevlaxda Şəhid ailələri, qazilər və müharibə iştirakçıları xüsusi diqqət və qayğı ilə əhatə olunublar
Turkdunyasi.az Tarixin müxtəlif dövrlərində xalqımızın igid övladları milli azadlıq, müstəqillik və ərazi bütövlüyü uğrunda döyüşüb haqq savaşı aparmış, bu yolda şəhid və qazi olmuşlar. Müstəqilliyimizi yenidən bərpa etdikdən sonra Azərbaycan çox mürəkkəb ictimai-siyasi proseslərin içərisinə düşdü. Ölkədaxili xaos düşmənlərin əlinə fürsət verdi. I Qarabağ müharibəsi bizim böyük məhrumiyyətlərlə üzləşməyimizə səbəb oldu. Minlərlə insan şəhid və qazi oldular. Ulu öndərin hakimiyyətə qayıdışı bütün proseslərə əsaslı şəkildə təsir göstərməklə yanaşı onların istiqamətini də dəyişdi. Onun müəyyənləşdirdiyi daxili və xarici siyasət konsepsiyası 30 il sonra işğal olunmuş torpaqlarımızın geri qaytarılması, ərazi bütövlüyümüzün bərpa edilməsi ilə nəticələndi. Dövlət tərəfindən şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına daim xüsusi diqqət və qayğı göstərilir. Zəfər yürüşndən əvvəl l Qarabağ müharibəsində şəhid olanların ailələrinə, yaralılara müxtəlif imtiyazlar təqdim edilirdi, dövlətin qayğısı onların ətrafında daim hiss olunurdu. 44 günlük vətən müharibəsindən sonra bu diqqət və qayğı daha da artırıldı. Ölkə başçısı, cənab prezident İlham Əliyevin sərəncam və qərarları əsasında şəhid ailələrinin, qazilərin, müharibə iştirakçılarının sosial rifahının yaxşılaşdırılması istiqamətində proqramlar hazırlandı və müxtəlif mühüm addımlar atıldı. Verilən qərarların icrası üçün bütün ölkə ərazisində aidiyyəti dövlət orqanlarına tapşırıqlar verildi. Hal-hazırda ölkə rəhbərliyi tərəfindən müəyyənləşdirilmiş bütün istiqamətlər üzrə yerli icra hakimiyyətləri orqanlarında şəhid ailələri, qazilər və müharibə iştirakçıları ilə sıx əməkdaşlıq şəraitində fəal iş aparılır. Bu istiqamətdə Yevlaxda da mühüm işlər həyata keçirilir. Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən 53 şəhid ailəsi və 47 Vətən müharibəsi əlili mənzil növbəsinə alınmış, 3 şəhid ailəsi Bakı şəhərində, 1 qazi Samux rayonunda mənzillə təmin olunmuş, 2 şəhid ailəsi üçün rayon ərazisində fərdi ev tikilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 5 nəfər Vətən müharibəsi əlili minik avtomobili ilə təmin olunmuş,
Heydər Əliyev Fondu tərəfindən isə Vətən müharibəsi əlili Rəmzi İsmayılova fərdi ev tikilmişdir. Şəhər İcra Hakimiyyəti tərəfindən Milli Qəhrəman Malik Əsədovun qızının evi əsaslı şəkildə təmir olunmuş,Vətən müharibəsi qazisi Yusif Ağaməmmədovun istəyinə əsasən yaşadığı evdə əlavə tikili və lazımi avadanlıqlar quraşdırılmış, 2 şəhid ailəsinə və 1 qaziyə tikinti materialları verilmiş, qazilərin bir neçəsi dərman və reabilitasiya vasitələri ilə təmin olunmuşdur.
Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə müxtəlif qurumlar, iş adamları, sahibkarlar və digər vətəndaşlar tərəfindən şəhid və qazi ailələrinə ərzaq və maddi yardımlar edilmişdir.
“YAŞAT” Fondu tərəfindən Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinə 557573.5 manat, Vətən müharibəsi qazilərinə isə 600007.5 manat, ümumilikdə 1 milyon 157 min 581 manat məbləğində müxtəlif istiqamətlər üzrə yardımlar olunmuşdur. Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidməti tərəfindən hər bir şəhid ailəsinə 3000 manat məbləğində,nümumilikdə 201000 manat miqdarında dəfn xərcləri ödənilmişdir.
Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən hər bir şəhid ailəsinə 11000 manat ümumilikdə 737000 manat, əlillik dərəcəsi təyin olunan 52 hərbi qulluqçdan 1 nəfərinə 1-ci qrup üzrə 8800 manat, 17 nəfərinə 2-ci qrup üzrə 6600 manat, 34 nəfərinə isə 3-cü qrup üzrə 4400 manat, ümumilikdə 270600 manat məbləğində birdəfəlik sığorta ödənişi olunmuşdur.
Bu günə qədər Yevlax rayonunda müxtəlif idarə, müəssisə və təşkilatlar tərəfindən 115 nəfər Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, qazilər və veteranlar işlə təmin olunmuşdur.
Bələdiyyələr tərəfindən 78 nəfər Vətən müharibəsi şəhidlərinin ailə üzvləri ,qazilər və veteranlar ümumilikdə 200 hektardan çox müxtəlif təyinatlı torpaq sahələri, Dövlət Məşğulluq Agentliyi tərəfindən 45 Vətən müharibəsi şəhid ailəsinin üzvü, 38 nəfər isə Vətən müharibəsi qazisi ümumilikdə bu kateqoriyadan olan 83 nəfər müxtəlif istiqamətlər üzrə özünüməşğulluq proqramına cəlb edilərək aktivlərlə təmin olunublar.
Yevlax şəhidlərinin adlarının əbədiləşdirilməsi məqsədi ilə Şəhər İcra Hakimiyyəti tərəfindən “Zəfər Fədailəri”-Yevlax Şəhidləri və “Biz Vətən Üçün Doğulduq” adlı kitablar çap olunaraq geniş oxucu kütləsinə təqdim olunmuşdur.
Cənab Prezident İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Yevlax rayonu üzrə 15 Vətən müharibəsi şəhidi ordenlə təltif ediliblər. Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısının Sərəncamları ilə 8 şəhidin adı küçələrə verilimiş, 7 şəhidin adının müəssisələrə verilməsi üçün Nazirlər Kabinetinə müraciət olunmuşdur. Bundan əlavə Şəhər İcra Hakimiyyəti tərəfindən 25 şəhidin barelyefəri hazırlanaraq yaşadıqları evlərin üzərinə vurulmuş, I Qarabağ və Vətən müharibəsi şəhidlərinin xatirəsinə 24 Şəhid Bulağı və 16 Şəhidlər Abidəsi tikilmiş, Yevlax şəhər Şəhidlər Xiyabanı əsaslı şəkildə təmir olunmuş və ”Vətən öz şəhidləri ilə ucalır” adlı Şəhidlər Adibəsi uçaldılmışdır. Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı, Yeni Azərbaycan Partiyasının Yevlax rayon təşkilatının sədri, Milli Məclisin Deputatları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon şöbəsinin rəisi tərəfindən orden və medalların şəhid ailələrinin üzvlərinə, qazilərə və veteranlara təqdim olunması ilə bağlı mütəmadi tədbirlər və görüşlər keçirilmişdir.
Şəhidlərin doğum və anım günləri, Şəhid Abidələrinin açılışı ilə bağlı silsilə tədbirlər keçirilmişdir. Şəhid ailələrinin ziyarət olunması isə mütəmadi davam etdirilir.
Turkdunyasi.az
Anar Salehoğlu,
İctimai-siyasi fəal