16 
apr
2022
10:17
54

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Tunisdə içərisində Azərbaycan vətəndaşları olan gəmi batdı

16 apr, 2022
10:17
954

Tunisin Qabes şəhərinin limanı yaxınlığında ticarət gəmisi batıb.
 
Turkdunyasi.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə "Mosaique FM" radiostansiyası məlumat yayıb.
 
Bildirilib ki, gəminin Türkiyə və Azərbaycan vətəndaşları olan yeddi ekipaj üzvünün hamısı xilas edilib.
 
Qabes xəstəxanasına çatdırılan zərərçəkənlərin vəziyyəti stabildir və həyatları üçün heç bir təhlükə yoxdur.
 
Qeyd olunub ki, Ekvatorial Qvineyadan hərəkət edən gəmi su sızması səbəbindən batmağa başlayıb, bundan sonra ekipaj üzvləri siqnal məşəlləri atıblar və bu, sahil mühafizəsinin diqqətini çəkib.

Bizimlə əlaqə saxlayın