E-mail: [email protected]
Azərbaycanda güclü zəlzələ gözlənilir? – “Yaxın günlərdə...”
"Yaxın günlər üçün də Azərbaycanda dəhşətli, qorxulu, katastrofik zəlzələ gözlənilmir".
Bunu BAKU.WS-ə açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru Qurban Yetirmişli deyib.
"Hər gün Azərbaycan ərazisində çoxlu sayda təkanlar olub. Elə bu gecə də çoxlu yeraltı təkan qeydə alınıb. Biz sadəcə böyük olanı mətbuata vermişik. Qorxulu bir şey yoxdur. Özü də o ərazidə, aşağı çökəkdə baş verən təkanlar daha dərində olur, nəyinki şimal, şimal-qərbdə, Böyük Qafqazın cənub-şərqində baş verən zəlzələlər", - deyə seysmoloq bildirib.
Qeyd edək ki, Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 06:25-də Saatlı stansiyasından 20 kilometr şimal-qərbdə, İmişli rayonunda zəlzələ qeydə alınıb. Maqnitudası 3,6-ya bərabər olan zəlzələ episentrdə hiss olunmayıb.