22 
fev
2023
12:46
64

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Putin çıxılmaz vəziyyətdədir - Kəşfiyyat məlumatı

22 fev, 2023
12:46
1264

Böyük Britaniya kəşfiyyatı Rusiya prezidenti Vladimir Putinin Federal Məclisə dünənki illik çıxışını təhlil edib. 
Turkdunyasi.az BBC-yə istinadən xəbər verir ki, kəşfiyyat onun hazırkı çətin situasiyadan çıxa biləcəyinə tərəddüd edir. 
"Putin müharibəni davam etdirmək istədiyini açıqladı, lakin çıxılmaz vəziyyətdən necə çıxacağını - çıxış yollarını açıqlamadı. O, fevralın 21-də etdiyi müraciətdə çıxışını 6 ay əvvəlki ruhda davam etdirməyi seçdi, xüsusən də ekzistensial mübarizə ilə bağlı "şübhəli rəvayətlər" danışdı və hər şeyin “plan üzrə getdiyini” dedi", - deyə məlumatda qeyd olunub. 
"Bununla belə, o, Rusiya Federasiyasını döyüş meydanında çıxılmaz vəziyyətdən çıxarmaq üçün heç bir əməli addımı konkret sadalaya bilmədi, ad çəkmədi, sadəcə olaraq Qərb elitasını “ümumi prinsipsiz yalanların simvolu” kimi xarakterizə etməklə kifayətləndi", - deyə məlumatda əlavə edilib. 
"Bu, Putinin bəyanatlarını səmərəsiz edir", - Britaniya kəşfiyyatının analitikləri belə düşünür. 
Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb./Modern.az  

Bizimlə əlaqə saxlayın