E-mail: [email protected]
“İran İslam Respublikasındakı islam sözü sadəcə sözdür, əməlləri islami dəyərlərə uyğun deyildir”.
"Turkdunyasi.az" xəbər verir ki, Əbədi Birlik Gənclər İctimai Birliyinin sədri Şahin Əliyevin sözlərinə görə, İran açıq-aşkar Ermənistana öz dəstəyini göstərir:
“İran fars-molla rejiminə xidmət edən casusların Dövlət Təhlükəsizlik Xidmətinin apardığı layiqli əməliyyatlar nəticəsində ifşa olunması və bu əməliyyatların yenə də davam etməsi İranın özündən çıxmasına, bütün planlarının da suya düşməsinə gətirib çıxarır. Onlar müxtəlif yollarla öz aqressiyalarını göstərməyə çalışırlar. Buna görə də təxribatlar törədirlər.
Hələ də ölkəmizin İrandakı səfirliyinə qarşı törədilən təxribat aktına dair düzgün araşdırmalar aparılmamaqdadır ki, bu da onların əsas məqsəd və məramının təxribat olduğunu göstərməkdədir. Zəngilan və Biləsuvar rayonları istiqamətində və geriyə doğru, Azərbaycan-İran dövlət sərhədi boyunca uçuşun həyata keçirilməsi bir sözlə desək diplomatik münasibətləri daha da gərgin və çətin hala salır, qonşuluq münasibətlərinə, beynəlxalq konvensiyalara zərər vurur.
İran onsuz da bu əməllərindən heç nə qazana bilməyəcək. Gec-tez Tehran Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh müqaviləsini kənardan sadəcə izləmək məcburiyyətində qalacaqdır. Azərbaycanda regiondakı sülhün təminatçısı olaraq haqq və ədalətin yanındadır. İndiyənədək də baş verən müharibələr Azərbaycan ərazilərində olub, Azərbaycan öz suveren hüquqlarını bərpa edib, 44 günlük Vətən müharibəsində torpaqlarını işğaldan azad edib. İran Molla rejimi unutmasın ki, İran İslam Respublikasının ərazisində 45 milyondan çox Azərbaycan türkü yaşayır. Ən azından bunu nəzərə almaq, özlərinə çəki-düzən vermək məcburiyyətindədirlər. Bu cür boş və lazımsız təxribatlara davam edəcəkləri təqdirdə gec-tez İran xalqı fars molla rejiminin cavabını layiqli şəkildə verəcək, hüquq və ədaləti bölgədə yenidən qazanacaqlar”