Bir qrup Göyçay sakini tərəfindən azerinfo.az xəbər portallna daxil olan məlumatda bildirilir ki, Göyçayda torpaqlar qanunsuz olaraq qazılaraq "iftixar" MMC ALİ kərpiczavoduna daşınır. Sakinlərin bildirdiyinə görə, sözügedən kərpiczavod Hüseynaliyev Alı adlı sahibkara məxsusdur. Hətta bu barədə dəfələrlə xəbər portallarımızda məlumat da vermişdik.
"Torpaqları Hüseynalıyev Alının oğlu Tərlan Hüseynaliyev "eskalatorlar"la qazdırıb "Şadman" markalı maşınlarla atasının kərpiczavoduna daşıtdırır.",-deyə şikayətçilər bildirir.
Azerinfo.media xəbər saytının bu barədə əldə etdiyi məlumatlardan məlum olub ki, sözügedən "ekskvatorlar" Göyçay Suvarma Sistemləri İdarəsinin rəis əvəz edicisi Lətif adlı, "Şadman" markalı maşınları isə Aydın adlı şəxs icarəyə verib.
Bu işin başında əsas duran Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimov və onun yaxın kadrlarından olan 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsin rəisi Tofiq Əsgərovun durduğu bildirilir.
Tofiq Əsgərov ekologiya sahəsinə yad bir kadrdır və hazırda tutduğu posta 2022-ci ildə Mingəçevir Rayon Icra Hakimiyyətindən gətirilib.
Hələki Göyçay rayon Icra Hakimiyyəti və yerli hüquq mühafizə orqanları bu "ekoloji terror"a göz yumur və görünən tərəf odur ki, hər hansı bir tədbir görmək istəmirlər.
2021-ci ildə həmən bu torpaqqazıntısına görə, yerli bələdiyyə və ekologiya işçilərinin bəzi əməkdaşları tutularaq cinayət məsuliyyətinə cəlb edildi.
P.S. Artıq bir neçə aydır ki ekoaktivistlər və gənc könüllülər Ermənistan hakimiyyətindən Qarabağda ekoloji terroru haqlı olaraq dayandırmağı tələb edilər. Amma yerli ermənilər isə Göyçay və digər bölgələrdə yüzlərlə belə "ekoloji terrorlar" təşkil edirlər.