E-mail: [email protected]
Mədəniyyət işçiləri Goranboy rayon Şəfəq kənd sakini, XTQ - n giziri Şəhid Yusif Asif oğlu Qurbanovun ailəsini ziyarət etdilər
Mədəniyyət işçiləri Goranboy rayon Şəfəq kənd sakini, XTQ - n giziri Şəhid Yusif Asif oğlu Qurbanovun ailəsini ziyarət etdilər.
Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy rayon mədəniyyət mərkəzi Şəfəq Mədəniyyət evi, Qaraçinar, Zeyvə Kənd Folklor Evi, Səfikürd Kənd Sənətkarlıq Evi, Qarqucaq, Məşədiqaralar, Borsunlu Medeniyyet Evi, Qırıxlı, Kələk, Qarasuçu, Qazançı kənd Klublarının nümayəndələrinin birgə təşkilatçılığı ilə 2022-ci il 12-13 sentyabr tarixlərində Azərbaycan-Ermənistan sərhəddinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində erməni silahlı qüvvələri tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı qəhrəmancasına Şəhid olmuş gizir Yusif Qurbanovun ailəsində görüş təşkil etdilər.
Mədəniyyət işçiləri ilk öncə Şəfəq kənd qəbristanlığına gələrək Şəhidimizin məzarını ziyarət etmiş, önünə tər qərənfillər düzmüş, əziz xatirəsini ehtiramla yad edərək ruhuna dualar oxunmuşdur.
Eyni zamand kəndin mərkəzində xüsusi memarlıq üslubu ilə tikilərək istifadəyə verilən Şəhid-Bulaq-Abidə kompleksinin önünə də tər qərənfillər düzmüşdülər.
Keçirilən görüşdə Mədəniyyət işçiləri, Şəhid ailə üzvüləri, Şəfəq Kənd İcra Nümayəndəliyinin müavini, Vətən müharibəsi qazisi Müşviq Xudiyev iştrak etmişdir.
Şəhid ailəsinin görüşündə ilk öncə torpaqlarımızın azadlığı uğrunda canlarından keçərək Şəhidlik zirvəsinə ucalmış igid oğullarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Görüşü giriş sözü ilə açan Mədəniyyət işçisi, Layihə rəhbəri, Elçin Tagıyev Şəhid Yusif Qurbanovun ailəsinə Gəncə Regional Mədəniyyət İdarəsinin rəhbərliyi adından dərin hüzünlə başsağlığı verərək, Şəhidimizə uca Allahdan rəhmət ailəsinə səbir diləmişdir.
Çıxış edən Mədəniyyət işçiləri Şəhidlərimizin barələrində xoş təəsüratlar danışmış, torpaqlarımızın qorunması yolunda canlarından keçmiş şəhidlərimizin hünərinin hər birimizə örnək olması və hər bir Azərbaycan vətəndaşının öz qəhrəmanlarını tanımalı olduğu bildirmişdilər.
Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsini və adını uca tutmaq, əbədiləşdirmək, onların yaxınlarına, doğmalarına, ailə üzvlərinə diqqət və qayğı göstərmək bizim hər birimizin vətəndaşlıq borcumuz və ən əsas vəzifəmizdir deyə Elçin Tağıyev bildirmişdir.
Şəhid ailəsi ilk öncə onlara göstərilən diqqət və qaygıya görə ölkə başçısı cənab Ilham Aliyev Birinci Vitse-prezident xanım Mehriban Əliyeva sonsuz minnətdarlıqlarını ifadə etdilər.
Eyni zamanda onların ailələrini ziyarət edərək Şəhidlərimizin xatirəsini əbədiləşdirilməsi məqsədilə görüşlərin keçirilməsində əməyi olan bütün Mədəniyyət sahəsində çalışan əməkdaşlara dərin təşəkkürlərini bildirdilər.
Sonda Şəhid Yusif Qurbnovun ailəsinə "Zəfərin Mübarək Azərbaycan" Xatirə -Tablosu təqdim edildi.
Allah bütün Şəhidlərimizə rəhmət eləsin.
Turkdunyasi.az