13 
iyn
2023
12:00
69

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Gənc idmançının qətli ilə bağlı son qərar verildi - RƏSMİ

13 iyn, 2023
12:00
1369

Bakı Ağır Cinayətlər Məhkəməsində Şağandakı Olimpiya idman kompleksində gənc cüdoçu Turan Rüstəmovu qətlə yetirməkdə təqsirləndirilən Ruslan Səfixanovun məhkəməsi başa çatıb. Hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Milli.Az xəbər verir ki, hökmə əsasən, Ruslan Səfixanov 19 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə ötən ilin noyabrında Xəzər rayonu Şağan qəsəbəsində yerləşən idman arenasında baş verib. Sumqayıt şəhər sakini 2002-ci il təvəllüdlü Ruslan Səfixanov şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı Yevlax rayon sakini 2006-cı il təvəllüdlü Turan Rüstəmovu bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Ruslan Səfixanova qarşı Cinayət Məcəlləsinin 120.2.2 (qəsdən adam öldürmə, xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham olunub.

Bizimlə əlaqə saxlayın