E-mail: [email protected]
Saleh Məmmədov və Zülfüqar Xəlilov rəhbərliyin etimadını daim doğruldub - özəl
Turkdunyasi.az xəbər verir ki, Azərbaycanda hal-hazırda minlərlə xəbər saytları, portallar, informasiya agentlikləri fəaliyyət göstərir. Bunların məqsədi ölkədə və ölkə xaricində baş verənləri ictimaiyyətə çatdırmaqdır. Təəssüf ki, bütün xəbər saytları, onların təsisçiləri və əməkdaşları heç də həmişə bu məqsədə xidmət etmir. Bəziləri öz şəxsi maraqlarını hər şeydən üstün tuturlar. Bu məqsədə çatmaq üçün tənqidlə təhqiri bilərəkdən qarışdırıb, vəzifəli şəxslərin işgüzar nüfuzuna xələl gətirirlər. Təbii ki, hamı pul qazanmaq, evini çörəklə təmin etmək istəyir. Amma kimsə şər-böhtan, şantaj və təhqir yolu ilə harama gedirsə, bu uzun çəkmir. Bunları elə-belə yazmadım. Bəzi "jurnalistlər” var ki, qapı-qapı düşüb dövlət idarələrində məmurları şantaj edərək pul dilənməklə məşğul olurlar. Belə olan halda peşəsini və dövlətini sevən əsil jurnalistlər isə normal fəaliyyət göstərə bilmirlər.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin idarə heyətinin sədri Saleh Məmmədov vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın etimadını yüksək səviyyədə doğrulda bilən insandır.
Yaxşıya yaxşı demək vicdan borcudur. İstər vəzifə sahibi olsun, istərsə də sıravi, sadə vətəndaş. Mən bu gün bu iki vəhtədi özündə birləşdirən bir azərbaycanlıdan söhbət açacam. O azərbaycanlı ki, ömrünü sadiqliyə və zəhmətə kökləyib, işində yorulmaz rəhbər, nümunəvi idarə rəisi. Bu şəxs kimidir?
Bu şəxs Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin idarə heyətinin sədri Saleh Məmmədovdur. Bu insanı hər kəs tanıyır. Hər kəs onu da bilir ki, maddi-mənəvi problemləri ilə qəbuluna gələn vətəndaşlara yardımçı olmağı özünə borc bilən bir vəzifə sahibidir Saleh müəllim.
Mətbuatdan anlayışı olmayan və şər-böhtanla məşğul olan insanlar düşünmürlər ki, bir şəxs barədə fakta əsaslanmadan yalan və şantaj xarakterli xəbər yazmaq şərəfsizlikdir? Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin idarə heyətinin sədri Saleh Məmmədovun məmur nüfuzuna xələl gətirməyə çalışan, şəxsi həyatına müdaxilə edən və fakta əsaslanmadan şantaj xarakterli məlumatlar yazan bu saytların çirkin əməlləri niyə ifşa edilmir?
P.S. "Turkdunyasi.az" olaraq bəzilərinin diqqətinə çatdırırıq ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin idarə heyətinin sədri Saleh Məmmədovun bizim müdafiəmizə ehtiyacı yoxdur.
Avtomobil Yolları Dövlət Agentliyi Azərbaycan Respublikasının avtomobil yolları təsərrüfatı sahəsində xidmətlər göstərir, balansına verilmiş avtomobil yollarının, habelə körpülərin, tunellərin və digər yol qurğularının layihələndirilməsi, istismarı, bərpası, təmiri, yenidən qurulması və tikilməsini, avtomobil yollarının və yol qurğularının qorunub saxlanılmasını və onların vəziyyətinə nəzarəti, yol infrastrukturunun inkişafı ilə bağlı digər işləri kompleks şəkildə həyata keçirir.
Ölkədə yol infrastrukturunun yenilənməsi Prezident İlham Əliyevin diqqətdə saxladığı əsas məsələlərdən biridir. Ölkəmizin tranzit yükdaşımaları üçün əlverişli coğrafi mövqedə yerləşməsi şərq-qərb, xüsusən də şimal-cənub istiqamətində avtomobil yollarının yenidən qurulmasının əhəmiyyətini artırır.
Həyat insana bir dəfə bəxş olunur və hər kəs həyatı boyunca öz düşüncə tərzinə, insanlarla qurduğu münasibətə və əməllərinə layiq olduğu məqama yetir. Qurub- yaşatmaq eşqi ilə yaşayan və gözəl, xeyirxah düşüncələrini həyata keçirməyi qarşısına vəzifə borcu qoyaraq, alın tərilə, elmi bilikləri və bacarığı ilə nailiyyətlərə qovuşan el ağsaqqalı haqqındadır söhbətimiz.
Hər kəs AAYDA-nin 6 saylı "Magistral Yolların İstismarı MMC-nin direktoru Zülfüqar Xəlilov xeyirxahlığından, mənəviyyatlı, təvazökar və sadə bir insan olmasından böyük razılıq edir və bu qənaətə gəlirlər ki, heç bir vəzifə, məqam əsl insaniyyətliyi dəyişə bilmir – elə Zülfüqar müəllim kimi. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan AAYDA-nin 6 saylı "Magistral Yolların İstismarı MMC-nin direktoru Zülfüqar Xəlilovdur.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi 6 saylı "Magistral Yolların İstismarı MMC-nin direktoru Zülfüqar Xəlilovun uğurlu xidmətləri sayəsində idarəyə aid olan bütün magistral yollar əsaslı şəkildə təmir olunub. Onun rəhbərliyi ilə magistral yolların müasir standartlar səviyyəsində yenidən qurulması yerli iqtisadiyyatın inkişafına çox böyük töhfələr verir.
Doğrudan da, insan çalışdığı sahənin mahiyyətini dərindən anladıqda və məsləyinə sadiq qaldıqda harada işləməsindən asılı olmayaraq əldə etdiyi nəticələr uğur ünvanlı olur. 6 saylı "Magistral Yolların İstismarı MMC-nin direktoru Zülfüqar Xəlilovvun həyat yoluna nəzər saldıqda fikrimizdə nə qədər doğru olduğumuzu bir daha anladıq. İstənilən bir məqsədə çatmaq üçün kifayət qədər iradə sahibi olmaq lazımdır. İradə elə bir keyfiyyətdir ki, o istedaddan da güclüdür. İstedad insana təbii şəkildə verilən qabiliyyətdirsə, iradə xırda maraqlar, mənasız istəklər üzərində qələbədir. məhz öz iradəsi sayəsində öz yolunu tapdı, iradəsi sayəsində öz işlərini hər zaman tərifəlayiq gördü. Adətən rəhbər vəzifələrdə işləyənlərlə bağlı "Yaxşı adam” ifadəsi çox az işlədilir. Bəs niyə ona yaxşı adam deyirlər? Harada, hansı vəzifədə işləyibsə, onu bu adla çağırıblar. Başqa bir adla çağırmaq olmazdımı? Əlbəttə, olardı. Ancaq xalq seçim edəndə yanılmır. Zülfüqar Xəlilov heç bir təqdimatsız, heç bir mübaliğəsiz və nəhayət heç bir tapşırıqsız özü üçün əməllərinə, şəxsiyyətinə, qabiliyyətinə yaraşan bir ad qazanıb və bu adı zaman-zaman qoruyub saxlayır. Xalqın rəğbətini qazanmaq, təmiz adı qoruyub saxlamaq o qədər də asan deyil.
Biz də bu çətin və şərəfli işində 6 saylı "Magistral Yolların İstismarı MMC-nin direktoru Zülfüqar Xəlilova və onun kollektivinə uğurlar arzulayır və hər zamankı kimi gələcəkdə də bu cür yüksək işlərə imza atmaqlarını diləyirik.