25 
iyn
2023
11:00
63

Tel:+99450 352 82 91
E-mail: [email protected]

İlham Əliyev sloveniyalı həmkarını təbrik etdi

25 iyn, 2023
11:00
763

Azərbaycan Prezidenti İlham Əliyev Sloveniya Prezidenti Nataşa Pirts Musara təbrik məktubu göndərib. 
President.az xəbər verir ki, məktubda deyilir:
“Sloveniya Respublikasının milli bayramı - Dövlətçilik Günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.
İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq Azərbaycan-Sloveniya əlaqələrinin inkişafı, həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə qarşılıqlı faydalı əməkdaşlığımızın genişlənməsi istiqamətində bundan sonra da birgə səylər göstərəcəyik.
Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Sloveniya xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram”.

Bizimlə əlaqə saxlayın